Oman aviaşirkəti Bakıya uçuşlara başlayacaq - QİYMƏTLƏR

Oman aviaşirkəti Bakıya uçuşlara başlayacaq - QİYMƏTLƏR
Xəbərlər 3 Aprel 2018 17:35 601
Oman aviaşirkəti Bakıya uçuşlara başlayacaq - QİYMƏTLƏR

Cari il iyunun 14-dən etibarən Omana məxsus “SalamAir” aviaşirkəti Maskat-Bakı marşrutu ilə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq. Bu barədə muscatdaily.com internet nəşri məlumat verir.

“İyunun 14-dən etibarən “SalamAir” loukosteri Maskatdan Bakıya uçuşların həyata keçirilməsinə başlayır”, - məlumatda qeyd olunur. Nəşr bildirir ki, bazar ertəsi aviaşirkət sosial şəbəkədə Ramazan bayramında Maskatdan Bakıya səfər etmək arzusunda olanlara məlumat verib ki, uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamları, geriyə reyslər - çərşənbə və cümə günləri həyata keçiriləcək. Bakı-Maskat marşrutu ilə bir tərəfə biletin qiyməti 57,3 min Oman rialı (149,03 dollar), geriyə isə – 64 min Oman rialı (166,45 dollar) təşkil edir. © İnterfaks-Azərbaycan

OXŞAR XƏBƏRLƏR