Şengen vizası bahalaşacaq – YENİ QAYDALAR

Şengen vizası bahalaşacaq – YENİ QAYDALAR
Xəbərlər 4 Aprel 2018 08:56 1804
Şengen vizası bahalaşacaq – YENİ QAYDALAR

Avropa Komissiyası viza sənədləri sisteminin yenilənəcəyini elan edib. Seyyah.az turizm və səyahət portalı xəbər verir ki, bu dəyişikliklər nəticəsində Şengen vizasının alınması az vaxt tələb edəcək, əvəzində vizaya görə ödənişlər artacaq.

"Bizim təklif etdiyimiz islahatlar qanunpərəst səyahətçilərin viza alması prosesini daha asan və tez edəcək. Təhlükəsizlik standartlarının yaxşılaşdırılması isə qanuna əməl etməyənləri aşkar edib dayandırmağa imkan verəcək» -  deyə Avropanın miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə komissarı Dimitris Avramopulos bildirib.

Seyyah.az-ın məlumatına görə, bu dəfə ən mühüm dəyişiklik Şengen vizasının rəsmiləşdirilməsi  müddətinin 15 gündən 10 günə endirilməsi olacaq. Digər dəyişiklik, odur ki, viza üçün müraciəti səfərə indiki kimi 3 ay qalmış deyil, 6 ay əvvəldən vermək olar. Müraciəti isə tamamilə elektronlaşdırmaq mümkün olacaq.

Bundan başqa, baxılan variantlardan biri də Şengen zonasına daxil olan insanlara qısamüddətli vizaların elə sərhəddəcə verilməsidir. Doğrudur, belə vizaların sayı məhdud olacaq, onları alanlar isə yalnız vizanı aldıqları ölkəyə daxil ola biləcək.

Yeni təhlükəsizlik standartlarının tətbiqi əlavə xərclərə səbəb olduğuna görə, Avropa Komissiyası viza rüsumunu da artırmağı planlaşdırır. Hazırda Şengen vizası üçün standart məbləğ təqribən 60 avro ətrafındadır, dəyişikliklərdən sonra isə bu məbləğ 80 avroya qalxacaq.

OXŞAR XƏBƏRLƏR