İrandan gələn turistlərin sayı artıb - RƏQƏM

İrandan gələn turistlərin sayı artıb - RƏQƏM
Xəbərlər 4 Aprel 2018 10:14 484
İrandan gələn turistlərin sayı artıb - RƏQƏM

 

“Iran Air” şirkəti Novruz bayramı günlərində (19-26 mart) Tehran-Bakı reysi ilə 12 uçuş həyata keçirib.

Səyyah.az turizm portalı FED.az-a istinadən xəbər verir ki, bunu şirkətin Bakıdakı nümayəndəliyinin rəhbəri Müctəba Qulamian deyib.

M.Qulamianın sözlərinə görə, martın 19-dan aprelin 4-dək aviaşirkət ümumilikdə 1800-ə yaxın sərnişinə xidmət edəcək:

““Iran Air” adətən həftənin bazar ertəsi və cümə axşamı günlərində iki dəfə uçuşlar həyata keçirir, amma Novruz günlərində Tehranla Bakı arasında altı əlavə reys həyata keçirilib”.

Qeyd edək ki, “Iran Air” bu il yanvar ayının sonundan Bakıya uçuşları bərpa edib və növbəti iki il ərzində reyslərin həyata keçiriləcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR