Bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər

Bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər
Xəbərlər 4 Aprel 2018 11:39 457
Bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər

"Dünya ölkələrinin təcrübəsi onu göstərir ki, mədəniyyət sektoru ölkəyə gəlir gətirir".

Səyyah.az turizm portalı xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O qeyd edib ki, mədəniyyət sektoru ilə bağlı yanaşma dəyişməlidir: "Biz mədəniyyət sektorunun dövlətin çiyinləri üzərində olmasına öyrəşmişik. Amma bu sahə də büdcəyə gəlir gətirməlidir. Bunun üçün mədəniyyət sahəsində çalışanlara əlavə imkanlar yaradılmalıdır". Nazir bildirib ki, mədəniyyət sektorunun imkanlarının genişləndirilməsi ölkəyə turist axınının güclənməsinə səbəb olacaq: “Turizm sahəsindən gələn gəlirlərin artırılması üçün dünyada qəbul olunmuş vasitələrdən istifadə edilməlidir. Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər. Lakin, bu, dəllallıqla deyil, bacarıqla, dünyada qəbul olunmuş vasitələrlə olmalıdır".

OXŞAR XƏBƏRLƏR