Nazir: Mart ayında ölkəyə gələn turistlərin sayı artıb

Nazir: Mart ayında ölkəyə gələn turistlərin sayı artıb
Xəbərlər 4 Aprel 2018 11:51 519
Nazir: Mart ayında ölkəyə gələn turistlərin sayı artıb

 

Mart ayında ölkədə dincəlmiş turistlərin sayı illik müqayisədə çox olub

 Səyyah.az turizm portalı oxu.az-a istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, bu ilin ilk 3 ayı ərzində Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrünə nisbətən 12,5% çox olub:

“Martda, təxminən, 13% artım olub. Novruz bayramına görə Azərbaycana xeyli sayda turist gəlib. Bayram münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyi, Milli Təbliğat Bürosu bir sıra tədbirlər keçirib. Şəhərdəki Novruz şənliklərində 1-1,5 mln. insan iştirak edib. Bu, olduqca yaxşı rəqəmdir”.

OXŞAR XƏBƏRLƏR