Azərbaycana turistlər haradan gəlir, azərbaycanlılar turist kimi hara gedir?

Azərbaycana turistlər haradan gəlir, azərbaycanlılar turist kimi hara gedir?
Xəbərlər 5 Aprel 2018 10:17 710
Azərbaycana turistlər haradan gəlir, azərbaycanlılar turist kimi hara gedir?

Rəsmi statistikaya görə, ötən il Azərbaycana dünyanın 187 ölkəsindən 2 milyon 700 min turist gəlib.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, bu, 2016-cı illə müqayisədə 20 faiz çox olub.

Gələnlərin 65 faizə yaxını kişi, 35 faizi qadınlar olub.

Rusiya turistlər, ərəb turistlər, Körfəz ölkələri

Image captionÖtən il Azərbaycana Ərəb Körfəzi ölkələrindən gələnlərin sayı daha çox artıb.

Turistlər daha çox yayda Azərbaycanı seçiblər. İyulda gələnlərin sayı digər aylara nisbətdə daha çox olub. Fevral ayında isə daha az turist Azərbaycana gəlib.

Ötən il Azərbaycana Ərəb Körfəzi ölkələrindən gələnlərin sayı daha çox artıb.

2016-cı illə müqayisədə 2017-ci ildə ərəb ölkələrindən gələnlərin sayı 65 faiz artıb. Ərəb ölkələrindən 600 mindən çox turist Azərbaycana gəlib.

Elə Avropa İttifaqına üzv ölkələrdən gələnlər də artıb: 17 faiz artım bu ölkələrin payına düşür.

MDB ölkələrindən gələnlərin sayı 14,3 faiz artaraq 1 milyonu ötüb.

Azərbaycan yolunu tutanların 57 faizi dəmir yolu və avtomobil, 42 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə etməklə ölkəyə gəlib.

Ancaq ötən il xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 2016-cı illə müqayisədə 4 faiz azalaraq, təxminən 4 milyon oub.

Azərbaycandan xaricə səfər edənlərin 67 faizi kişilər, 32 faizi isə qadınlar olub.

Onların 80 faizi dəmiryolu və avtomobil, 20 faizi hava, 0,3 faizi isə su nəqliyyatından istifadə edib.

Dövlət Statistika Komitəsindən və Turizm Nazirliyindən BBC Azərbaycancaya bildirilib ki, yaşayış yerindən uzaqlaşan və digər ölkəyə istənilən səbəblərlə səfər edən hər kəs turist sayılır və onların statistik məlumatları beynəlxalq metodologiyaya uyğun əsaslanıb.

@BBC

OXŞAR XƏBƏRLƏR