Teyyarede hansi yerler daha ucuzdur? - UÇUŞ MƏSLƏHƏTLƏRİ

Teyyarede hansi yerler daha ucuzdur? - UÇUŞ MƏSLƏHƏTLƏRİ
Xəbərlər 5 Aprel 2018 10:23 3069
Teyyarede hansi yerler daha ucuzdur? - UÇUŞ MƏSLƏHƏTLƏRİ

Köhnə bir stüardessa təyyarədə hansı oturacaqların ən rahat və ən təhlükəsiz olduğunun, ən yaxşı xidmət almağın sirlərini açıb.

Müasir təyyarə oturacaqları xeyli modernləşib. Keçmişlərdə, ilk oturacaqlar həsirdən idi. Amma stüardessalar bu gün də oturacaqlardan saysız şikayətləri dinləməli olurlar. Yerinin dəyişdirilməsini istəyən çox sayda sərnişin olur. Amma məgər təyyarədəki oturacaqların bir-birindən fərqimi var?

Kommersiya təyyarələrində hər bir detal düşünülərək işlənmişdir. Məsələn oturacaqların adətən mavi rəngdə olması bu rəngin sakitləşdirici təsiri ilə bağlıdır (Materialın orijinalı BBC Azərbaycanca saytında: http://www.bbc.com/azeri/vert-aut-38079234)

Ən rahat oturacaq

Ekonomi kateqoriyasındakı ucuz biletlər üçün nəzərdə tutulmuş bəzi oturacaqların müəyyən rahatlıqları var. Məsələn, ayağı uzatmaq, kreslonu arxaya yatırmaq kimi.

Birinci kateqoriyaya aid yerlər isə artıq oturacaqdan çox yatağa oxşamağa başlayıb.

Təyyarədə oturacağınız yeri seçərkən diqqət yetirməli olduğunuz bəzi məsələləri Cheapflights səyahətlər saytının direktoru Andrew Shelton belə izah edir:

Çıxış kimi istifadə edilən qapıların önündəki və ən arxadakı oturacaq kresloları arxaya yatırmaq mümkün deyildir. Çıxışın arxasındakı oturacaqlarda isə pəncərələr sizin istədiyiniz yerdə olmaycaq.

Mətbəx bölümünə yaxın oturacaqlar səssiz bir səfər üçün ideal yer deyildir. Bələdçilər yeməkləri paylamağa burada hazırlaşdırqları kimi, bir işləri olmayanda da buraya toplaşırlar.

Uçakta oturan yolcular

 

Başüstü dolablarda yer tapmaq məsələsi

Arxa sıralarda oturanlar təyyarədən çıxarkən hamıdan sonraya düşsələr də, yaxşı cəhət budur ki, təyyarənin arxa sıraları daha az basabas olduğuna görə, burada əl baqajına yer tapmaq daha asandır.

Bir çox havayolu şirkətləri yerləri arxa cərgələrdə olan sərnişinləri təyyarə salonuna əvvəl dəvət edirlər. Bu isə o deməkdir ki, siz salona gələndə başüstü dolablar hələ boşdur.

Hansı oturacaqlar daha təhlükəsizdir

Amerika Federal Hava Nəqliyyatı İdarəsinin məlumat bazasından 35 ilin qəzalarını nəzərdən keçirən Time jurnalı bu qənaətə gəlib ki, ən təhlükəsiz oturacaqlar arxa sıraların ortasına düşüb. Amma əlbəttə ki, bunun qarantiyası yoxdur.

Əslində qəza baş verərkən insanı ölümdən və ya yaralanmaqdan qoruyacaq xüsusi bir oturacaqlar yoxdur. Təyyarə qəzaları nadir hadisə olsa da, hər bir qəza fərqlidir.

Əlbəttə ki, təcili vəziyyətlərdə ehtiyat çıxışa nə qədər yaxın olsanız, təyyarədən çıxmaq imkanınız daha böyük olar, amma düz çıxışın yanındakı oturacaq tamamilə fərqlidir.

Lakin bir sıra hallarda təyyarə heyəti ehtiyat çıxışın ağzında oturan sərnişinlərin başqalarının çıxışına kömək etmələrini istəyir.

uçak acil çıkış kapısı

 

Yanınızdakı oturacağın boş qalması üçün nə etməli

Təyyarədə sərnişinlər bir-birlərindən mümkün qədər aralı oturmağa çalışırlar.

Təyyarənin arxa tərəfində hansısa yerlərin boş qalması şansı daha böyükdür.

Təyyarədən ən tez çıxmaq üçün

Qısa bir zamanda bağlantılı bir uçuşa yetişməniz lazımdırsa, harada oturmaq məsləhətdir? Aydindir ki, təyyarənin ön hissəsində otursanız, ordan daha tez çıxacaqsınız.

Belə hallarda yerinizi başqa sərnişinlərlə dəyişə bilərsəniz. Amma bəzən bununla razılaşmayan sərnişinlər də ola bilər.

Uçakta birinci sınıf koltuk 

Qulaq tutulmasının qarşısını almaq olarmı?

Uçuş zamanı təyyarə kabinindəki təzyiqə görə bəzi sərnişinlərin qulaq ağrısı ola bilər.

Amma bu təzyiq salonun bütün yerlərində eyni olduğundan yerinizin dəyişdirilməsi buna çarə deyildir.

Yeməyi tez almaq üçün nə etməli

Yemək xidməti təyyarənin ön hissəsindən başlanır. Lakin bəzi hava yollarının təyyarələrində iş başqa cür də qurula bilər. Bəzi uçuş şirkətləri vegetarian, ətli, qlütensiz və ya uşaq yeməkləri üçün əvvəlcədən sifariş də qəbul edir.

Əgər xidmət təyyarənin ön hissəsindən başlasa, arxa yerlərin daha bir xoşagəlməz cəhəti ilə üzləşirsiniz. Sizə çatana qədər bəzi yeməklər qurtara bilər.

Təyyarənin orta sıralarında oturanlara daha tez xidmət göstərilməsinə baxmayaraq, narahatlıq yaradan budur ki, xidmət vaxtı tualetə getmək üçün dəhlizin boşalmasını gözləməlisiniz.

Buna görə də tualetə getmək üçün ən münasib vaxt yeməklər paylananadək olan zamandır.

yemek servisi yapan hostes

Təyyarənin ən səssiz yeri harasıdır?

Ağlayan uşaqlarsız və ya ucadan danışıan sərnişinlərsiz də təyyarə çox səs-küylü bir yerdir. Təyyarənin havaya qaxması zamanı salondakı səs 105 desibelə çatır, amma təyyarə yüksəkliyi yığandan sonra da səsin gücü 85 desibel olaraq qalır. Benzinlə işləyən otbiçən də bu qədər səs çıxarır.

Bəzi sərnişinlər söhbət edən stüradessalardan şikayətli olsalar da, mühərriklərin səsindən xilas olmaq üçün mümkün olduqca qabaqdakı yerləri almaq lazımdır.

Bundan başqa pəncərə yanındakı yerlər dəhlizə yaxın oturacaqlardan daha səs-küylüdür.

Bəzi yerlər daha ucuzdurmu?

Təyyarədəki yerlərin qiymətləri arasındakı fərq son illərdə xeyli artıb. Əksər hava yolları şirkətləri daha yaxşı yerlərə daha baha qiymət qoyurlar.

Bəzi şirkətlər ayaq uzatmaq üçün məkanı bol olan oturacaqlar üçün əlavə pul alırlar. Bir sıra başqa şirlkətlər isə sərnişin yeri özü seçdikdə əlavə haqq ödənməsini istəyirlər.

Ən arxa sırada və ya tualetlərə yaxın oturacaqlara məhkum olmamaq üçün səfərinizi əvvəlcədən planlaşdırın.

Əgər hər hansı yer kateqoriyası üçün əlavə haqq ödəməmisinizsə, onda oturacağınız yer də arxadakı ekonomi sinifli yerlərdən biri olacaq.

uçakta yolcu koltukları

Uçuşdan əvvəl yerinizi dəyişəmək üçün nə etməli?

Təyyarədə orta yerdə oturmaq istəmirsinizsə, internet vasitəsi ilə erkən "check-in" edib son anda boşalan yerlərin olub-olmadığına baxa bilərsiniz.

Bu məsələdə səyahət şirkətinin və ya hava yolu şirkəti reservasiya xidmətinin nümayəndələrindən kömək istəyə bilərsiniz.

Təyyarəyə miniş anına qədər yerinizi dəyişmək üçün cəhd göstərə bilərsiniz. Burada uğurun açarı üzünüzdəki təbəssüm olmalıdır.

@bbc

OXŞAR XƏBƏRLƏR