Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı azalmaqdadır

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı azalmaqdadır
Xəbərlər 5 Aprel 2018 14:35 657
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı azalmaqdadır

"Azərbaycanda daxili turizmin inkişafı çox önəmli istiqamət kimi qəbul olunmalıdır".

Səyyah.az turizm portalı xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib. Nazirin sözlərinə görə, xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı azalmaqdadır. "Diqqət cəlb edən məqam ondan ibarətdir ki, kartlarla, bank yolu ilə xaricilərin Azərbaycanda turizm məqsədilə xərclədiyi pul, azərbaycanlıların xaricdə xərclədiyi puldan çox olub. Bu da o deməkdir ki, Azərbaycan vətəndaşları ölkəmizdə asudə vaxtının təşkilinə, ölkə daxili turizm məqsədilə səfərlər etməsinə daha çox maraq göstərirlər. Bu tendensiya ölkədə yeni otel şəbəkələrinin formalaşdırılmasına təkan verəcək",- deyə Ə.Qarayev əlavə edib.

OXŞAR XƏBƏRLƏR