“British Airways” -dən - ENDİRİM

Şirkət Azərbaycandan olan sərnişinlər üçün bir sıra istiqamətlərdə biletlərin qiymətini aşağı salıb
Xəbərlər 6 Yanvar 2015 00:00 756
“British Airways” -dən - ENDİRİM

“British Airways” şirkəti Azərbaycandan olan sərnişinlər üçün bir sıra istiqamətlərdə biletlərin qiymətinə endirim tətbiq edib.

Aviaşirkətin Bakı nümayəndəliyindən AzərTAc-a bildiriblər ki, sərnişinlər Avropa, ABŞ və Kanada istiqamətində uçuşlara xüsusi tariflərdən yararlana bilərlər.

“Biz bu il insanlara ildə bir dəfədən artıq səyahət etmək və müxtəlif ölkələrdə olmaq imkanı yaradırıq. Səyahət etməyi xoşlayanlar üçün “British Airways” şirkəti 2015-ci ildə ziyarət üçün ən yaxşı məkanların siyahısını tərtib edib. Buraya uzaq yerlərlə yanaşı, azərbaycanlı turistlərin sevdiyi Avropa və Şimali Amerika ölkələri də daxildir. Bizim 2015-ci il üçün tutduğumuz cəlbedici məntəqələr siyahısına Belçika, Braziliya, Böyük Britaniya və Xorvatiya kimi ölkələr daxildir. Bu ölkələr səyahətçilərə unikal və maraqlı əyləncələr təklif edir”, - deyə “British Airways”in Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo de Renzis bildirib.

Endirim aksiyası cari il yanvarın 11-dək alınan biletlərə şamil olunur və uçuşlar yanvarın 5-dən iyunun 30-dək olan dövrü əhatə edir. “World Traveller” salonu üçün Azərbaycandan Böyük Britaniya və Avropa istiqamətində tariflər 474 avrodan, ABŞ və Kanadaya 694 avrodan, “Club World” salonu üçün isə Avropa istiqamətində biletlərin qiyməti 1823 avrodan başlayır.


OXŞAR XƏBƏRLƏR