Antalyaya şəxsi avtomobil ilə getmək sərfəlidir?

Antalyaya şəxsi avtomobil ilə getmək sərfəlidir?
Xəbərlər 7 Aprel 2018 13:00 10404
Antalyaya şəxsi avtomobil ilə getmək sərfəlidir?

Əksəriyyətimiz üçün səyahət əlçatandır, amma mənzil başına təyyarə ilə getmək xaric. Çünki səyahəti minimum büdcə ilə başa vurmağı planlaya bilirik, amma təyyarə bileti üçün təyin edilən qiymətləri büdcəmizi aşır. Belə olan halda səyahətə alternativ yollarla getməyi düşünürük – gəmi, qatar, minik avtomobili və ya avtobusla. Bu təyyarəyə nisbətən daha sərfəli variantdır.

Facebook səhifələrindən birində səyahətə çıxmaq istəyən şəxsin “Antaliyaya öz avtomobilinizlə getmisinizmi?” adlı sorğu keçirilib. Qeyd edək ki, Bakıdan Antalyaya quru yolu məsafəsi 2500 km-dir. Facebook istifadəçilərinin bəziləri minik avtomobili ilə bu yolu getməyi məsləhət görmür, bir çoxu isə bunun çox sərfəli və rahat olduğunu düşünür.

Bu da o sorğuya yazılan ən maraqlı cavablar:

 

Joe Black: “İş yoldaşım öz ailəsi ilə şəxsi avtomobilində getdi və çox da razı qaldı”.

Vidadi Nasirov: “Baxır sizing avtomobiliniz hansı markadır və hansı növ yanacaq istifadə edirsiniz. Mən 4 nəfərlə getmişəm və çox sərfəli olub”.

Adalet Djavadzade: “Əgər istirahətə gedirsinizsə heç məsləhət görmürəm”

Azar Huseynli: “Eşitdiyimə görə Bakıda avtomobili sığortalayıb getmək məsləhətdir, əks halda Türkiyə sərhəddində sığortalayacaqlar və bu da baha başa gəlir. Bildiyim qədəri ilə Türkiyədə ən məsləhətli yanacaq doldurma məntəqələri Shell-lərdir. Orda 92 benzin yoxdur. Yalnız 95-dir. Google maps proqramı orda çox istifadə edilmir, yaxşı işləyən yandex mapsdır. Mən orda here maps proqramından istifadə etdim, problemsiz idi”.

Hasan Huseynov: “Maşın üçün beynəlxalq sığorta lazımdır. Sərhəddə 1 ay üçün məndən 60 dollar aldılar. Halbuki Bakıda 20-15 manat edirmiş. Bir şeyi də qeyd edim, bizim nömrə Türkiyədə radara düşmür, mən radarlara diqqət etmədən sürdüm, nə sərhəddə bir şey deyən oldu, nə də polis saxladı”.

Emin Mehdi: “Türkiyə sərhəddində məndən 220 tl aldılar, ona görə sıortanı Bakıda etdirmək sərfəlidir”.

Sanan Nadirov: “Yol çox yorur adamı. Türkiyə avtobusu ilə bir dəfə 43 saata çatdım, çox sürətli sürürlər. Bakıya çatanda daş karyerindən qayıtmış kimi hiss edirdim özümü. 3 saatı fasilələrə çıxsaq 40 saatlıq yoldur. Yolu tanımayan sürücülər üçün 45 saat edər”.

Lala Nasibzade: “Trabzondan sonra yol getmir, çox yorucudur”.

Elkhan Murshudli: “ 2 il əvvəl getmişəm. Marşrutumu Bakı - Batumi - Giresun - Sivas - Kayseri - Kappadokiya - Konya - Antalya yolu ilə gedib Antalya - Ankara - Samsun - Trabzon -Bakı yolu ilə qayıtmışam. Tək sürücü olduğum üçün Rize, Kappadokiya, Konyada gecələdim. Eyni ilə Sivası, Kappadokiyanı, Konyanı gəzdim. Türkiyənin yolları superdir - çox hissəsi hərəkət istiqamətləri ayrılıb. Yol örtüyü yaxşıdır. Maşına icbari sığortanız olmalıdır. Mən bilməmişdim - sərhəddə 60 dollara aldım, amma Bakıdan Yaşıl kart (səhv etmirəmsə 17AZN) almaq olar. Martın 1-dən də Gürcüstanda da icbari sığorta lazımdır. tpl.ge saytından online əldə edə bilərsiniz. Sualınız olsa buyurun. Yanacaq da Şəmkirdə AZpetrolda və Batumidə SOCAR-da tam dolu etməyi unutmayın. Yol və vaxt baxımından Ankara - Samsun rahatdır. Amma mənzərə, gəzmək (Kappadokiya, Konya, Sivas, Qaradəniz dağları və təbiəti) Giresun - Sivas-Kayseri”.

Umid Memmedov: “Əgər maşın təzədirsə getmək olar. Yayda mən Trabzona gedirdim maşının motorunda problem yarandı, geri qayıtdım məcbur olub”.

Resad Mamedov: “Elə səfərim olub, düzdür çox maraqlıdır, amma həm də çox yorucudur. Bakıdan Antalyaya qədər hardasa 2500-2600 km yol var”.

Parvin Gasimov: “36 saata çatmışam Bakıdan Antalyaya. Gediş-dönüş üçün 700 manat xərcim çıxdı yanacaq üçün. Amma maşınla 3-4 nəfər gedəndə, yəni yanacaq pulu paylaşılırsa bu təyyarə qiymətindən çox ucuz başa gəlir. Məncə belə bir iman varsa qaçırmayın”.

Ilhama Musayeva: “3 ildi ki, maşınla gedirik Antalyaya. Biz iki ailə, uşaqlı olduğumuz üçün çox yerdə dayanmalı, gecələməli olurduq. Amma belə maraqlıdır, bir az yorucu olsa da. Daha çox Gürcüstan yolu ağır gəlir. Türkiyə ərazisi, əsas da Qara dəniz boyu maraqlıdı maşın sürmək. Biz son dayanacaq olaraq gecələmək üçün Kırık Kalede qaldıq. Amma alış-veriş etmək istəyirsizsə Ankara yaxşıdı. Dönüşdə isə Konyanı seçirik. Konyaya çatmamış Tinaztepe mağaralarına baş çəkməyi tövsiyə edə bilərəm”.

Nicat Cavadov: “Təqribən 2500 km-ə yaxın yoldur. 2 nəfər sürücü ilə növbəli sürməklə getmək çox rahatdır. Problem qayıtmaqdadır. Fikirləşə bilərsiniz ki, gecələyə-gecələyə qayıdacaqsınız, amma nəzərə alın ki hər dəfə stop etmək əlavə xərcdir. Elə təyyarə biletinə yaxın qiymət olur axırda. Əziyyəti sizə qalacq. Üstəlik yol risklərini də nəzərə alın. Uşaqlı ailələr üçün daha da əziyyətli olur yol”.

Azer Huseynov: “Dostum öz maşını ilə gəlmişdi Bakıdan Antaliyaya. Benzin vurmaq vaxtı gələndə qanı qaralırdı”.

Murad Atakishiyev: “Türkiyədə benzin dizelden 12 faiz, yaxud 65 kuruş bahadır”.

Javid Jahangir Lee: “Bakı -Antalya 32 saata sürmüşəm. Benzinə 720 manat pul cıxıb gedib-qayıtmaq ümumi. 2500 km getmək+2500 km qayıtmaq=ümumi 5000 km. Gedərkən Bakıdan green sığorta alın, yoxsa Türkiyə sərhədində sığorta etdirəcəklər məcburi və burdan almaqdan xeyli baha cıxır. Maşın oz adınıza deyilsə gendavernos olsun. Qazaxdan cıxanda tam depo benzin vurun, bir də Gürcustandan cıxanda. Gürcustanda regular deyilən benzin var, bir az ucuzdur, ucuzluguna aldanıb vurmayın, yolda injektoru xarab edəcək. Naviqatorla getməyin, çünki cox dərə-təpəyə salacaq. Naviqator bircə Gürcüstanın icindıe lazım ola bilər. Vaxt itkisi də Gürcüstanda olur, yollarının bərbadlığına görə. Bir də son illər Turkiyədeə hər regionda yollarda postlar qurublar, calışın sürət həddini 120km/saatdan yuxarı qalxmayın, postda saxlayıb 200 lirə cəriməe yazacaqlar sonra onu ödəmək də problem olur, əgər türk vergi nömrəniz yoxdursa. 150-170 ilə sürmüşəm Türkiyədə. Yolları cox yaxşıdır. Bir neçə dəfə 5-10 dəqiqəlik dayanmışam. Türkiyədə plakatlara baxaraq gedin onda hec bir şəhərə daxil olmadan rahat gedəcəksiz. Mən gecə də sürürdüm, gecə Gürcüstanda yolda kimsə yolda əl eləsə, ya maşın xarab olub bəhanəsi ilə, ya da nese soruşmaq bəhanəsi ilə saxlamayın maşını.”.

Gəzgin Həyat: “Yolda daimi olaraq ayrı-ayrı şəhərlərdə qalmaq şərti ilə maraqlı olar. Amma sırf Antalya üçün gedirsinizsə təyyarə daha sərfəlidir”.

Arzu Israfilova: “Maşının amartizasiya xərclərini də hesablayın. Yol yorucudur amma maraqlıdır. Ən yorucusu isə Türkiyə ilə Gürcüstan sərhəddidir, 8 saat orda qalmışdıq. Maşın trahat olsa gecələmək üçün elə maşında qala bilərsiniz”.

Orkhan Zakirov: “Səhər Bakıdan çıxıb günorta Tbilisiyə çatıb şəhəri bir az gəzib mərkəzdən kənarda münasib qiymətə keyfiyyətli otel və ya evdə qala bilərsiniz. Növbəti səhər ordan çıxıb bir gün Borjomidə qala bilərsiz (istəyə uyğun olaraq), növbəti 2 günü Kobuleti və Batumiyə sərf edərsiniz. Sonrakı gün isə yenə istəyə uyğun olaraq Rizedən Uzungölə getmək, orda da 1-2 gün keçirmək olar. Ondan sonrakı yolu Samsun və ya Ankarada gecələmək olar. Ankarada shopping də edə bilərsiniz. Ankaradan səhər çıxsanız günortadan sonra Antalyada olacaqsınız. Biz bu marşrut əsasında bir neçə dəfə getmişik, çox da yorucu olmayıb, əsas maşın rahat olsun”.

 

OXŞAR XƏBƏRLƏR