Bal ayı üçün ideal səyahət – VARİANTLAR

Bal ayı üçün ideal səyahət – VARİANTLAR
Xəbərlər 9 Aprel 2018 10:56 2666
Bal ayı üçün ideal səyahət – VARİANTLAR

Evlilik həyatımızın ən çətin və ən gözəl qərarlarından biridir. Bu səbəbdən də evliliyə başlanğıcın yaddaqalan və unudulmaz olmasını istəyirik. Yaxşı təşkil edilmiş bal ayı səyahəti mükəmməl bir evlilik başlanğıcı üçün unudulmaz ola bilər. Bəs bal ayında hara getməli? Səyahət marşrutunu necə seçməli ki, həm zövqümüzə həm də büdcəmizə uyğun olsun. Səyyah.az Turizm və İnformasiya Portalı facebook-da təşkil edilmiş bir sorğuya yazılmış rəylərə əsasən hazırladığımız və bal ayı üçün ideal səyahət marşrutu tapmağınıza kömək edəcək yazını təqdim edir.

 

Beləliklə:

“İyul-avqust aylarında bal ayı üçün 4-5 günlük ən münasib qiymətə səyahət hara təşkil oluna bilər?” sualına yazılan cavablar:

Kənan Məcidov: “Bal ayı üçün tövsiyyə edirəm ki, sənəd və viza ilə uğraşmayasız. Montenegro fikrimcə normal büdcə üçün idealdır”.

Vento Favoravel: “Bəlkə bu fikir sizə maraqlı olmayacaq, amma mən Özbəkistana gedərdim. Sadəcə isti olacaq bir az. Buxara, Səmərqənd, nağıl kimi şəhərlər... Avropa mənə adi gəlir. Amma məhz Avropa deyirsizsə, problemsiz vizanı Yunanıstan da verir. Məhz Macarıstan bezdirir. Yunanıstana getsəniz Afinaya getməyin. Vizasiz və Avropa ölkəsi istəyirsinizsə Türk Kipri ola bilər.”

Aynur Mamedova: “Türkiyə. Kapatokya(Nevşehir)”

Ulya M-zadeh: “Yunanıstan deyərdim. Ya da Fransa. Hallstadt da ola bilər (Avstrya)”.

Orkhan Yusif Knyaz: “İndoneziya. Viza da yoxdur”

Lala Salimova: “Bal ayı üçün ideal variant Tailanddır. Viza rahatdır. Avropada tərpənirsen puldur. Burda isə paket şəklində alırsan, istirahətini edib gəlirsən. Həm Tailandın özü ucuzdur, restoranları, suveniri...”

Heseneli Abdullayev: “Məncə İstanbula gedin. Həm ziyarət, həm ticarət. Əgər İstanbul olmasın deyirsizsə Dubaya gedin”.

Velizade Elnara: “İndoneziya, Tailand, Vietnam. Bə var Avropanın quru düzundə?”

Nargiz Samedova-Akbarova: “Bal ayı üçün normalda gəzməyə getməyəcəyiniz yeri və istirahət edə biləcəyiniz yeri seçin məncə. Maldiv, Puket, Tanzaniya, İspaniyada dəniz kənari şəhərlər ola bilər. Indiki ağlım olsaydı Lankavi adası əvəzinə Phi- phi adasına gedərdim”.

Javid Farzullayev: “Ya Cənub-Şərqi Asiya, ya da Şimali Avropa, İslandiya.”

Gunay Farajzadeh: “Tailand, Puket adaları”

Husey Ni: “Sankt Peterburq. Həm yaxın, həm ucuz, həm də romantik”.

 

OXŞAR XƏBƏRLƏR