Bakıdan Tehran və Bağdada bu gün həyata keçiriləcək aviareyslər ləğv edilib

Bakıdan Tehran və Bağdada bu gün həyata keçiriləcək aviareyslər ləğv edilib
Xəbərlər 9 Aprel 2018 16:08 552
Bakıdan Tehran və Bağdada bu gün həyata keçiriləcək aviareyslər ləğv edilib

Aprelin 9-da Bakıdan Tehran və Bağdada olan reyslər ləğv edilib. “IranAir” aviaşirkətinin saat 19:00-da “IR-748” saylı Bakıdan Tehrana olan uçuşu ləğv olunub. Aviareys “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Səyyah.az turizm portalının məlumatına görə, həmçinin “Iraqi Airways” aviaşirkətinin saat 21:00-da “IA-422” saylı Bakıdan Bağdada olan uçuşu da ləğv edilib. Aviareysin “Boeing 737-300” təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Aviareyslərin hansı səbəbdən təxirə salındığı bildirilmir. @azərtac.az

OXŞAR XƏBƏRLƏR