Hər ay Azərbaycanda 100 milyon manata yaxın xərcləyiblər

Hər ay Azərbaycanda 100 milyon manata yaxın xərcləyiblər
Xəbərlər 10 Aprel 2018 13:15 408
Hər ay Azərbaycanda 100 milyon manata yaxın xərcləyiblər

Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə bu ilin yanvar ayında 99,798,809 manat, fevral ayında 91,128,890 manat, ümumilikdə isə 190,927,699 manat məbləğində əməliyyat aparılıb. 

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən marja-ya verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ildə xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə 31,565,965 manat yəni 20% daha çox vəsait xərclənib.

 

2017-ci ildə xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsilə 1,022,036,752 manat məbləğində vəsait xərcləmişdi.

 

Azərbaycan vətəndaşları tərəfindən isə xaricdə  2 ay ərzində 179,521,339 manat məbləğində əməliyyat aparılıb. Xarici vətəndaşların Azərbaycanda xərclədikləri vəsaitin həcmi Azərbaycan vətəndaşlarının xarici ölkələrdə xərclədikləri vəsaitdən 11,406,360manat daha çoxdur.

OXŞAR XƏBƏRLƏR