500 AZN-ə harada və necə istirahət etmək olar? – TƏKLİFLƏR

500 AZN-ə harada və necə istirahət etmək olar? – TƏKLİFLƏR
Xəbərlər 10 Aprel 2018 14:04 2506
500 AZN-ə harada və necə istirahət etmək olar? – TƏKLİFLƏR

 

Daha yaxşı həyat standartına sahib olmaq və ildə bircə dəfə də olsa istirahətə getmək üçün ilboyu işləyirik. Doğrudur, hamımız arzu etiyimiz kimi dincələ bilməsək də aramızda bunu bacaran insanlar da var. Az büdcə ilə unudulmaz tətil yaşayanlar səyahəti ən az 3-4 ay əvvəldən planlayaraq münasib qiymətə tur-paketlər əldə edirlər. Yay aylarında harda, necə və neçəyə dincəlməyin yolları çoxdur, amma bu tətil bizim büdcəmizə uyğundurmu? Təbii ki, hamımıza yox. Amma heç olmazsa 1 aylıq məvacibimizin dəyərində kiçik bir tətil bütün yorğunluğumuzu unutdura bilər. Bu yazıda sizə travel şirkətləri arasında keçirdiyimiz sorğu nəticəsində öyrəndiyimiz 500 AZN-ə necə və harda dincəlməyin yollarını təqdim edəcəyik.

RR Travel Company:

“500 AZN müqabilində iyun ayı üçün İstanbul və antalya turları təklif edə bilərik. Bu qiymətə gediş-dönüş bileti, otel, qidalanma, transfer daxildir. Tətil müddəti İstanbul üçün 3 gecə/4 gun, Antalya üçün 6 gecə/7 gündür”.

Vita Travel Azerbaijan

“Biz 500 AZN-lik büdcə üçün Tiflisi məsləhət görə bilərik. Gediş-dönüş avtobus və ya qatar ilə olacaq. Otel, transfer daxil. Qidalanma otellərdə yalnız səhər yeməyi üçün mümkündür. Ona görə də bu büdcəyə münasib hostel tapa bilərik. 528 manata 10 günlük Yessentuki putyovkası da təklif edə bilərik. Nömrə, müalicə və gündə 3 dəfə qidalanma daxil”.

Azerbaijan Travel Agency

“Moskva, Kiyev, Sankt Peterburq, Tiflis və İstanbula 1 nəfər üçün 500 AZN-i keçməyən turlarımız olur. Ancaq sentyabrdan sonrakı tarixlərdə mümkündür. Məsələn 13-17 oktyabr 1 nəfər üçün İstanbul turu 495 AZN olacaq. Qiymətə aviabiletlər ( Buta Airways. 10 kq baqaj daxil), Grand Mark Hotel 3* yerləşmə, səhər yeməyi, səfər sığortası daxildir. Müddəti 5-6 gün olur. Tiflisə yaxın tarixlərə də mümkündür. Gediş-dönüş, otel, səhər yeməyi, sığorta daxildir”.

Welcome Travel Azerbaijan

“24-26 may üçün İstanbula belə bir tur təklif edə bilərik. 2gecə/3günlük turun 1 nəfər üçün qiyməti 500 AZN civarındadır. Maral Hotel İstanbul SCLASS - 518 AZN, Malkoc Hotel SCLASS - 518 AZN, May Hotel İstanbul SCLASS3 - 540 AZN. Qiymətə aviabilet (Azal h/y ilə, 10 kq əl baqajı və 23 kq adi baqaj), transfer, səhər yeməyi, sıgorta daxildir”. 

Yusifoğlu Travel

“İyul ayında baş tutacaq Quşadası turunu təklif edə bilərik. 6 gün,5 gecə 3* Altunsaray Hotel-də dincəlmək imkanı var. 249 dollata təklif olunur, ödəniş günün məzənnəsinə uyğun manatla qəbul edilir. Hazırkı məzənnəyə görə bu təqribi 420-430 AZN edir. Bu qiymətə aviabilet, sığorta, transfer, qidalanma (səhər və şam yeməyi) daxildir.”

SN Travel Agensy

“Kapadokya turlarımız var. 8 iyun - 13 iyun, 16 iyun - 21 iyun. Qiymət 199 dollar, hazırkı məzənnə iləTəqribi 340 AZN edir. Qiymətə daxildir: gediş-dönüş (komfortlu avtobus), oteldə gecələmə - 3 gecə 4 gün, səhər yeməyi (oteldə), yol boyu sərinləşdirici içkilər, bələdçi, fotosessiya, səyahət sığortası. 5 yaşa qədər uşaqlar ödənişsizdir.

Alison Travel

“559 manata İzmir turumuz var. İyunda baş tutacaq və 5 gecə/6 gündür. Qiymətə aviabilet (AZAL birbaşa), otel, səhər yeməyi daxildir. Bundan başqa avqustda Alanya turumuz vcar, 490 manat civarəndadır. Qiymətə aviabilet (Buta airways), otel (3 gecə/4 gün) və qidalanma (səhər yeməyi) daxildir. Senyyabr ayı üçün Kiyev turu da təklif edə bilərik, 287 AZN-ə. Qiymətə aviabilet (Buta airways) və otel (3 gecə/4 gün) daxildir”.

Gerso Travel

“550 AZN-ə Budapeşt Praqa turunu məsləhət görə bilərik. May ayında baş tutacaq. 2 gecə Budapeşt, 4 gecə Praga turunun qiymətinə oteldə gecələmə, qidalanma (BB), sığorta, visa dəstəyi daxildir.

OXŞAR XƏBƏRLƏR