Kəskin hava şəraiti aeroportun işinə təsir etməyib

Təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir, təxirə salınmış reys yoxdur
Xəbərlər 9 Yanvar 2015 00:00 646
Kəskin hava şəraiti aeroportun işinə təsir etməyib

Azərbaycanda hökm sürən kəskin hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib. Bu barədə Trend-ə aeroportdan bildiriblər.

Qeyd ediblər ki, təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir, təxirə salınmış reys yoxdur: "Adi günlərdə də baş verə bilən kiçik ləngimələri nəzərə alımasaq, vəziyyət normaldır".

OXŞAR XƏBƏRLƏR