Zaqatalanın kənd evləri - Təlabat və Təminat

Zaqatalanın kənd evləri - Təlabat və Təminat
Xəbərlər 13 Aprel 2018 10:55 170
Zaqatalanın kənd evləri - Təlabat və Təminat

 

Tətilini xaricdə, uzaq ölkələrdə keçirmək imkanında olmayanlar, buna həm maddi, həm də vaxt baxımından gücü yetməyənlər üçün alternativ istirahət üçün məkanlar respublikamızın səfalı rayonlarıdır. Doğrudur, rayonlarda fəaliyyət göstərən otellərin əksəriyyəti bir həftəlik istirahət üçün əlçatmaq məbləğ təyin edir və bu istirahət üçün hamımızın maddi vəziyyəti yetərli olmur. Bu vaxt ağlımıza kənd evləri gəlir – həm ev, həm komfort, həm təbiət qoynu, kənd, həm də maddi baxımdan sərfəli.

Ölkəmizin bölgələrində hər büdcəyə uyğun kənd evi tapmaq mümkündür. Günü adambaşı 5 manatdan 100 manatadək hər şəraitə, komforta malik kənd evləri var. Hovuzlu, bağçalı, geniş həyəti olan bu evlər xüsusilə ailəsi ilə istirahətə gedənlər üçün sərfəlidir.

Qızılgülün vətəni kimi tanınan Zaqatala turistlərin marağını cəlb edən rayonlardandır. Zaqatalanın turistlərin istirahəti üçün əlverişli infrastruktura malik olması, rayonu əhatə edən Böyük Qafqaz sıra dağları, zəngin bitki örtüyünə malik yaylaları, buz kimi sərin dağ çayları, təbii landşaftı qorunub saxlanan meşələri, özünəməxsus arxitekturası ilə seçilən tarixi-memarlıq abidələri, təbii parkları, həmçinin multietnik mədəniyyəti və folkloru burada turizmin bir çox növünün inkişafına zəmin yaradıb.

Zaqatala Turizm İnformasiya Mərkəzinin direktoru Tərlan Əhmədovun Səyyah.az Turizm və İnformasiya portalına verdiyi məlumata görə hal-hazırda mərkəzdə 13-14 qeydiyyatlı ev var: “Bu mənzillər sahibləri tərəfindən turistlər kirayə verilir. Günü 30 manatdan 100 manatadək olan evlər var. Kirayə üçün təklif edilən evlər əsasən şəhərin yuxari hissəsində və Car kəndindədir”.

Mərkəz direktoru ümumlikdə rayonda kirayə verilən evlərin sayı barədə məlumatlarının olmadığnı bildirdi: “Bizə müraciət edənlərdən başqa da yəqin ki kirayə verənlər var. Ancaq bizimlə əməkdaşlıq etmədikləri üçün onların dəqiq sayınıəı deyə bilmirik. Əməkdaşlıq edən ev sahiblərinin qeydiyyatı olduğu üçün haqlarında bazamızda məlumat var”.

Zaqatalada turistlərə mənzil kirayəsinin koordinatorluğunu evən Vasim Məmmədov deyir ki, rayonda evini kirayə verən sakinlər az deyil: “Dəqiq rəqəm deyə bilmirəm, çünki mən bütün evlərin vasitəçiliyini etmirəm, buna görə də sayları haqqında məlumatım yoxdur. Amma fikrimcə 200-dən çox olar. Ev sahiblərinin bəzisi vasitəçi ilə də işləmək istəmir, özləri turist tapırlar, kirayə verirlər”.

Evlərin qiymətinə gəlincə, koordinaator deyir ki, villalar nisbətən baha olur: "Elə ev var ki, günü 200-300 manat olur, içində hər şeyi, hər bir şəraiti var, 10 nəfərədək qonaq tutumu olur. Amma elə evlər də var günü 20-30 manata olur, sadə, adi kənd evidir. Yəni istənilən büdcəyə uyğun ev tapmaq mümkündür". 

 

OXŞAR XƏBƏRLƏR