Yunanıstanın ən görməli yerləri – SORĞU

Yunanıstanın ən görməli yerləri – SORĞU
Xəbərlər 13 Aprel 2018 14:56 151
Yunanıstanın ən görməli yerləri – SORĞU

Səyahətçilər adətən səfərə çıxmazdən əvvəl gedəcəkləri ölkə haqqında revyulara nəzər salırlar. Ya sosial şəbəkələrdə, ya turist-səyyahların bloqlarında yol üstündə olduqları ölkə haqqında ətraflı öyrənirlər. Bu yazıda Yunanıstana səfərə hazırlaşan bir səyyaha bu ölkədə olmuş səyahətçilərin məsləhətləri yer alıb.

 

Sual:

Yunanıstanda gəzməli, görməli, tanımalı şəhərlər hansıdır? Hansı şəhərləri gəzim?

 

Ilgar AfandiI: “ Athens – sözsüz! Thessaloniki - o da pis deyil. Amma Athensə gedib, ordan adalara da gedə bilərsən”.

Лаура Шакиева: “Rodesdə olmuşam, elə də maraqlı deyil, sırf dəniz istirahəti üçündür. Məncə Santorini və Athens daha yaxşı variantdır.”

Aysel Allahverdiler: “Korfunu bu yaxınlarda eşitmişdim. Adadır və gözəl olmalıdır. Qiymətlərdən xəbərim yoxdur amma”.

Günel Nəsiova: “Mütləq Zakynthos! İkinci seçim Corfu adası! Kavala, Selanikdən 2 saat fərqi var, Selanikdən hər gün orada avtobus var. Afinanı ziyarət etmək lazımdır. Cirit ən böyük və ən məşhur adadır, amma Heraklion hissəsini yox, mən daha çox Xanini təklif edirəm. Rodos'u iki dəfə ziyarət etdim, onu sevdim və anam Rodos'a aşiq oldu”.

Rufat Hajinsky: “Nafpilo - ucuz və gözəl. Zakyntos da superdir.”

Aysel Karimova: “Gördüyüm ən təmiz İon denizi və əlbəttə ki Zakintos”.

Bayram Verdiyev: “Kavala, Selanik, Athinada oldum bu yaxınlarda və ən yaxşısı mənim üçün Selanik oldu)) Amma gəzginə her yan gözəldi)) Amma yunanlılardan cox afrikalı və hindistanlı gördükdə təccüüblənməyin, şəhərin mərkəzlərini zəbt ediblər)) Bir də sizə yaxınlasşsalar salam belə almayın, tam qaz ireli))”

OXŞAR XƏBƏRLƏR