Rənglərin əbədi gücü…

Rənglərin əbədi gücü…
Xəbərlər 15 Aprel 2018 13:23 522
Rənglərin əbədi gücü…

Aprelin 16-da “Port Baku Mall” rəsm qalereyasında 17 xanım rəssamın əsərlərindən ibarət sərgi açılacaq.

Seyyah.az xəbər verir ki, gənc xanım rəssamlar - Turan Muxtarzadə, Ellada İsmayılova, Kəmalə Əliyeva, Lalə Şükürova, Səadət İsayeva, Marta de Quesada, Jasmin Frakassetti, Jalə Həsənova, Kubra Vəliyeva, Nərmin Sadıqova, Şamirə Ağayeva, Ayla Ağayeva, Məryəm Şirin, Gülnar Əliyeva, Pakize Kılınc, Aidə Ağayeva, Aişə Qurbanova və Fidan Zeynalovanın əsərlərinin yer alacağı sərgi istedadlı fırça ustalarının şəhərimizin mədəni palitrasına daha bir töhfəsi olacaq. Onlar “bəşəriyyətin gözəl yarısı”nın hər cür yaradıcılıq proseslərinin ilhamvericisi olan qadınların yüksək mənəvi missiyasını çox gözəl şəkildə əks etdirən “Təbiət, qadın və gözəllik” mövzusunu əsas konsepsiya olaraq seçiblər. Rəssamlar öz işlərində müxtəlif üslub və texnikalardan istifadə edib, kətan üzərində müxtəlif yaş kateqoriyası və ruh halına malik qadınları təsvir etsələr də, yaradıcılıq yüksəlişində ümumi təmas və vəhdət nöqtələrini tapa biliblər.

“Art Gallery Turan”ın və Ellada İsmayılovanın təşkilatçılığı ilə reallaşacaq sərginin dəstəkçiləri “HOMS” Qrupu Səfir Xanımları Cəmiyyəti və Beynəlxalq Qadınlar Klubu (IWC) xeyriyyə təşkilatlarıdır.

Sərgiyə AZƏRTAC, “Azeri Observer” və “The M.O.S.T” informasiya dəstəyi verir.

Mənbə: Azərtac

 

OXŞAR XƏBƏRLƏR