Səyahət üçün pul yığmağın yolları - MƏSLƏHƏTLƏR

Səyahət üçün pul yığmağın yolları - MƏSLƏHƏTLƏR
Xəbərlər 16 Aprel 2018 15:10 2157
Səyahət üçün pul yığmağın yolları - MƏSLƏHƏTLƏR

Tətilə çıxmaq, dünya ölkələrini səyahət etmək deyimi bir qədər dəbdəbəli səslənə bilər, amma səyahətçilər iddia edir ki əslində səyahətlərə çox cüzi miqdarda pul sərf edirlər. Vacib olan hara, nə vaxt getməyi bilmək, xərclərini planlaya və lazımı yerlərə pul xərcləməyi bilməkdir. Bəs siz səyahət üçün pulu hansı yollarla yığırsınız? Əgər bunu bacarmırsınızsa o zaman yazıda fikirləri yer alan səyahətçilərin məsləhətlərini oxuyun. Qeyd edək ki, yazılan rəylərə redaktə olunmur.

 

Rufet Muslimzade: “Dənizçiyəm. İşə çıxanda paralel həmdə səyahətdə oluram. Misalçün son 5 ayda havayı: Yunanıstan (Elevsis,Pireus,Khalkis,Milos,Kikhlades), Italiya(Sicilia), Fransa(Marsel), Rumıniya(Konstanta) Israel(Haifa,Ashdod), Misir (Alexandria), Tunis (Bizerta) olmuşam. Yol pulu və qalmaq - for free”

Orkhan Bayramli: “Belke de cox yasamiyacam deye dusunun,islemek sadece arzulariniz reallasdirmaq ucun oldugunu nezere alin,her 3 aydan bir emin olun yeni bir olkeye gedeceksiz,eger maasiniz normaldirsa. Ve sizinle eyni fikirde olan dost ve ya refigeler qazanin!”

Tural MirBaba: “Shoppinge qenaet ederek “

Nurana Hasanova: “Pul yiga bilmirem.Yayda pulum.olacaq hemde bele qerara gelmisem ki maaslarimdan birin 3 aydan sonra alim ki qenaet edim (3 isde isleyirem.cunki)”

Nargiz Sadigzade: “Marry or not marry tam qaz davam edirəm. Son 10 ildir ki, hər il fərqli ölkələrdə oluram. İş səyahəti, gəzinti, təhsil, layihə, proqramlar. Düzünü desəm yanında bu gəzməli görməli yerləri sənlə birgə yaşayan, paylaşan varsa daha bir maraqlı olur nəinki tək. Nargiz Sadigzade Pul yığa bilmirsizsə əgər. Sizə maraqlı olan hansısa training proqram və ya seminar seçin. Bütün səyahət xərcləri tam qarşılanan. Həm ziyarət həm ticarət. Əgər marağınız da varsa buna ən gözəlidi. Gəzmək öyrənmək mübadilə etmək”

Orxan Juventino: “Mən italiyaya gedəcəm , həftəyə 20 manatdan atıram qıraqa il tamamında 1020 manat olacaq üstündə düzəldib gedəcəm”

Nigar Gasimli: “Ən yaxshisi azerbaycansayagi lotoreyalardi :) Yiga bilmesen de her ay mecbur alirlar”

Ferid Quliyev: “Öz şəxsi biznesim. Çox işləsəm çox gəzəcəm , az işləsəm az”

Elvin Mammadli: “Bədxərclik eləməməklə: Kafe və restoranlarda az oturmaq, McDonalds, KFC, dönər və s fast food yerlərinə deməy olar pul xərcləməmək) hər ay şopping eləməmək. Bacardığı qədər taksi yox, ictimai nəqliyyatdan istifadə etmək və s. Qənaət eləmək istəyən, qərarlı olan adam yollarını tapar məncə.”

Səlmi Cənnətova: “Lotoreya oynayiram.Axirda gotururem”

Konul Hasani: “Məqsəd olduqdan sonra hər ay kənara atmaqla pul yığmaq alınır)) Çox çətindir amma əlində olan pulu xərcləməmək üçün özünü sıxmaq”

Halima Mamedova: “Eyni t-shirt-un muxtelif rengleri yerine 1 reng almaqla; magazada gorduyumuz qeder wokolad-cerezi almamaqla, pik vaxtlardansa, daha cox sezon baslangici/sonu tetillerini secmekle. Marriage is privilege for travel. Hem etibarli yoldaw, hem de sevdiyin insanla seyahet etmek en asanidir”

Subhan Soltan: “Özümden götürsem men çox az xercleyirem yolda.Qalmaqa yere,yola ve.s pul xerclemirem hansısa bir restoranda 30 euro vermek evezine gedirem maqazine özüme nese alıram”

Samira Melikova: “Budceni normal idarə etmək ucun,sadəcə duzgun bolgu etmək lazımdır.Bəli bunun uçun normal məvacibli iş,duzgun bolunmuş aylıq xərclər.Xərcləri maksimum dərəcədə minimuma endirib kənara əlavə pul qoymaq mümkündür. Hər şey insanın ozundən və istəyindən asılıdır”

Vafa Ibrahimova: “Menim ishe getmeye hevesim olmayanda kohne seyahet shekillerine baxiram ve deirem davay ishlemek lazimdi pul lazimdi, bir de ishden elave ishler gorub onun pulunu sirf seyahete saxlayiram. Xercliyim olur. Son vaxtlar xercleri azaltmaga baslamisiq. Maashdan kommunala eve aid olan hisseni ayiririq ve limit qoyuruqki bundan artiq xerclemeyek. Gorek ne olur”

Sevil Qarayeva: “Seyahetlerimi yaya saxlayiram)))yay mezuniyyet pulumu alib,saqa-sola cevirirem.Hara catsa orada gedirem”

Ilahe Rafaelqizi Tagiyeva: “Biz usaqlarla kassa duzeltmisdik, Italiyaya gedende ondan istifade etdik”

Ramin Ibrahimov: “En yaxwisi 50-60 min pulun olsun banka qoy illik 10% geliri seyahetcun xerclemey olar mence”

Mamed Mustafayev: “Hesab acin, kart, haraki million ve ya cash in ede bilersiz . Her defe elinize pul dushdukce pulu atin ora. Ve birinci bileti alin sonram ise mecbur olub o tarixe kimi pulu yigmali olacaqsiniz”

Abdulla Abdullayev: “Ayda təxminən 200 manat kənara qoyuram. İnşallah avqusta qədər hədəflədiyim məbləğə çatacaq. Və ailəmlə birlikdə İstanbula gedəcəm. Düşünürəm əvvəlki səyahətlərimdən daha maraqlı olacaq.”

Vefa Suleymanova: “Mən çox yaxşı pul yığan insanam. Ama ailəmdə kiminsə və dostlarımın bəyəndiyi bir şey oldu mu rahatlıqla yığdığım pulu xərcliyirəm. Onun üçün də 1. üsul- iş seçəndə heç olmasa ildə bir dəfə işgüzar səfərə göndərəcək iş seçmək lazımdır. Bu məni ildə və ya 2ildə bir dəfə qurtarır. 2. üsul- Axırıncı yeri səyahət vaxtına planlaşdırıb Latoreya oynayıb sonda götürmək (məcbur pul yığmış olursan)”

Ismayil Ibadullayev: “Özüm üçün müəyyən məbləğ müəyyən edirəm və həmin məbləği yığmaq üçün neçə günüm qalıbsa o günlərin sayına bölürəm. Hər gün günə düşən məbləği hesabıma qoyuram. Vəssalam”

Shahnaz Ahmadova: “Biz bileti en azi 7-8 ay hetta daha evvelden aliriq. Meselen bu il dekabrin evvelinde yoldasimla ozumun gedis biletini aldim, Kutaisiden Milana (ucus iyuldadir) iki adama 90 dollar, sonraki ay donus biletini aldiq yene iki neferlik ve birterefli olduguna gore transferle Bakiya aldiq ki, donusde yorgun olacagiq, amma transferle en ucuz varianti tapdiq, her ay da bir qalmaq yerini aliriq, gedene yaxin da seherlerarasi neqliyyati alacagiq, bu muddetde gezeceyimiz yerlerin siyahisini hazirladiq, Bing-de deqiq xerite cekdik, getmemis yollari ezberledik, arasdirib muqayise etdik, en ucuz seherlerarasi neqliyyati tapdiq, cox vaxt geceler gedirik ki, neqliyyatda yataq gunduz yola vaxt serf elemeyek. Her ay bir sey aliriq deye birdefelik yuk dusmur, her ay biraz pul ayirib seyahet ayina qeder her seyi almis oluruq. Gedende ancaq gezmeye, muzeylere ve yemeye pul gotururuk. Qalmaq yerlerini de getdiyimiz olkeden asili olaraq, cox vaxt hostelleden aliriq deye seyahet bize baha basa gelmir, en azindan bir defeye vermirik pulu, maasla dolanan ailenin birdefelik iki heftelik seyahetin pulunu vermeyi az qala mumkunsuzdur onsuzda”

Senan Kamilli: “Rabitebankda kartmane karti alin (pulsuzdur) minimum 200 azn depozit etmelisiz ki faiz gelsin uzerine. Gundelik faiz yigilir. ayda da 100den 200den elivize ne kecdi atin karta. ve seyahet gununedek kartdan mexaric etmeyin”

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR