“Qətər Hava Yolları”ndan - Endirim aksiyası

Xəbərlər 13 Yanvar 2015 00:00 997
“Qətər Hava Yolları”ndan - Endirim aksiyası

"Qətər Hava Yolları” 130-dan çox uçuş istiqamətinə 25 faizədək endirim aksiyası tətbiq edib.

Şirkətin Bakı nümayəndəliyindən  bildiriblər ki, sərnişinlər Bakıdan Quançjou, Banqkok, Mayami, Manila, Kuala-Lumpur, Yohannesburq, Hanoy, Osaka və digər şəhərlərə yeni qiymətlərlə səfər edə biləcəklər.

Aksiya yanvarın 12-dən 15-dək alınan biletlərə şamil olunur. Uçuş tarixləri isə yanvarın 20-dən dekabrın 10-dək olan dövrü əhatə edir.


OXŞAR XƏBƏRLƏR