“Couchsurfing”də asan host tapmaq üçün TÖVSİYYƏLƏR

“Couchsurfing”də asan host tapmaq üçün TÖVSİYYƏLƏR
Xəbərlər 19 Aprel 2018 09:57 696
“Couchsurfing”də asan host tapmaq üçün TÖVSİYYƏLƏR

 

Couchsurfing və ya qısa adıyla CS, 2003-cü ildə yardılmış qonaqlama saytı və sosial şəbəkədir. Saytı yaratmaqda əsas məqsəd səyahət edənləri bir məkana toplamaqdır. Bir şəhəri gəzib-görmənin, kəşf etməyin ən gözəl üsullarından birinin yerli əhali ilə yaşamaq olduğunu nəzərə aldıqda, CS-dən gözəl imkan yaradacaq 2-ci bir platforma yoxdur.  CS-in 2 əsas funksiyası var, qonaqlama-qonaq qalma və görüşmə/bələdçilik. Saytda qeydiyyat ödənişsizdir, sadəcə bir maillə və ya Facebookun köməkliyi ilə qeydiyyatdan keçmək olar.

 

CS əslində bəzi insanlar tərəfindən pulsuz gecələmə yeri kimi görsənsə də əslində bu qətiyyən belə deyil. CS-də adətən eyni ideyaları, dəyərləri, maraqları paylaşan insanlar görüşürlər, bir-birlərini qonaq edirlər. Yəni bu adamlar bizi pulsuz qonaq edirlər, bəs onların bu işdə marağı nədir ki? Sualının cavabı odur ki, sizi qonaqlayan şəxs, sizinlə vaxt keçirmək, müxtəlif ölkələrdən və mədəniyyətdən olan insanlar tanımaq, eyni dəyərləri bölüşmək istəyir ona görə də əgər CS-ə pulsuz qonaqlama yeri kimi baxırsınızsa, elə bəribaşdan qeydiyyatdan keçməyin.

 

 

Görüşmə və ya bələdçilik funksiyasından istifadə etməklə şəhərinizə gələn turistlərə bələdçilik edə və ya getdiyiniz şəhərdə orada yaşayanlardan sizə bələdçilik etməsini xahiş edə bilərsiniz. Bunun üçün şəkildəki kimi sadəcə “Find hosts” seçib axtarış yerinə getdiyiniz şəhərin adını yaza və o şəhərdən olan CS-çilər üçün axtarış edə bilərsiniz.

 

Daha sonra açılan səhifədə “More Filters” seçərək “Wants meet up” seçiminə quş qoyursunuz, daha sonra isə yaş, cins və s. kimi seçimləri edərək yenidən axtarış verirsiniz. Bu dəfə getdiyiniz ölkədə sadəcə turistlərlə görüşmək istəyənlərin profilləri çıxacaqdır. Bəyəndiyiniz, sizə bələdçilik etməsini arzuladığınız profili seçərək 4-5 cümlədən ibarət bir mesaj yazaraq onunla görüşmək istədiyinizi və sizə bələdçilik etməsini xahiş edirsiniz.

Yox əgər sizin şəhərə gələn turistlərlə görüşüb, şəhərinizi turistlərə göstərib, onları gəzdirmək istəyirsinizsə onda siz “wants to meet up” seçimini edirsiniz və şəhərinizə gələn turistlər axtarış edərək sizə yaza bilərlər.

 

Saytın digər əsas funksiyası isə qonaqlama (hosting) və qonaq qalmadır (surfing). Məsələn evinizdə boş bir çarpayı, otaq və ya sadəcə matras/döşək varsa və evinizi, otağınızı bəzən yatağınızı turistlərlə bölüşmək istəyirinizsə CS-də qeydiyyatdan keçib, sizə aid olan bölmələri doldurursunuz və ətraflı məlumat verirsiniz. Bundan sonra turistlər axtarış edəndə siz onlar;n siyahısında çıxacaqsınız və eviniz və özünüz turistin xoşuna gələrsə sizə sorğu göndərəcək ki, filan tarixlərdə sənin şəhərində olacam, məni qonaqlaya bilərsənmi?!

 

 

Digər tərəfdən səyahətə gedənlər adətən öz profillərində elan verirlər ki, bu tarixlərdə bu şəhərdə olacam. Siz də Find travelers seçib şəhərin adını yazıb axtarış etməklə şəhərinizə gələcək  turistlərin siyahısından evinizdə qonaq etmək istədiyiniz turistə “səni qonaqlaya bilərəm” deyə bir mesaj atıb onun cavabını gözləyə bilərsiz.

 

Qonaq qalma fuksiyasının digər xüsusiyyəti isə qonaq olmaqdır, məsələn siz deyək ki, Milana gedirsiniz və qalmağa yer axtarırsınız CS-ə girib profil açaraq, məkan hissəsində Milan yazaraq axtarış verirsiniz və çıxan siyahıdan bəyəndiyiniz istifadəçiyə sorğu göndərirsiz ki, bəs filan tarixlərdə Milanda olacam məni evində qonaqlaya bilərsənmi?! Digər tərəf də sizin qalmağınızı ya təsdiq edir, deyir o günlərdə uyğunam ya da profilinizi gözdən keçirib bir bəhanəylə deyir ki, həmin günlərdə boş deyiləm ya elə doğrudan da boş olmur.

 

İndi yəqin ki, fikirləşirsiz ki,tanımadığın adamın evində qalmaq və ya tanımadığın adamı evində qonaq etmək necə olar ki?! Nə qədər təhlükəsizdir bu?! Məhz elə suallara görə də CS vaxt keçdikcə öz sistemini təkmilləşdirir və çalışır ki, istifadəçilərə daha təhlükəsiz bir sistem qursun. Ona görə də saytda feedback bölümünü itifadəyə verib. Turist ev sahibinin evində qalandan sonra onlar bir-biri haqqında olan fikirlərini saytda qeyd edirlər və bu feedbacklər hər kəs üçün açıq olur. Ona görə də hər zaman qonaq qalarkən də qonaq edərkən də bu feedbacklərə nəzər yetirin, çalışın azı 4-5 və pozitiv feedbackı olan istifadəçilərin evində qalasınız və ya qonaq edəsiniz.

Qonaq qalma üçün sorğu göndərərkən çalışın bu nüanslara diqqət edəsiniz, bu nüanslara diqqət etsəniz yəqin ki, asanlıqla olmasa da sizi evində qonaqlayacaq birini tapacaqsınız:

– İlk öncə çalışın profil yaradarkən orada olan bütün bölmələri doldurun, özünüz, maraqlarınız, hobbiniz, niyə CS istifadə etdiyiniz, sevdiyini kitablar, musiqi, filmlər, gəzdiyiniz ölkələr haqqında olan bölmələri doldurun,  çalışın azı 2-3 cümlə yazasınız. Profilinə 4-5 dənədən az olmamaq şərtilə foto yerləşdirin, çünki sizi qonaqlayacaq adam sizin necə göründüyünüzü təxmin etməlidir. Çalışın fotolardan 1-2-si dostlarınızla olan fotolar olsun ki, sizi qonaqlayacaq adam sizin asosyal biri olduğunuzu düşünməsin.

–  Sorğu göndərmək üçün ən ideal vaxt səfər tarixinizdən 10-15 gün öncədir, çünki çox erkən və çox gec olan sorğularda host tapmaq şansınız azalır

– heç zaman copy-paste mesajlar göndərməyin, çünki copy-paste mesajlar  qarşı tərəfdən çox asanlıqla anlaşılır və potensial hostunuz başa düşür ki, siz ona sorğu göndərərkən çox da vaxt sərf etməmisiniz. Qonaqlama üçün sorğu göndərmək bir növ motivasiya məktubu yazmaq kimi bir şeydir, hostunuzə mesaj göndərib ona izah edirsiniz ki, niyə hostunuz məhz sizi evində qonaq etməlidir. Çalışın hostun adını mesajda qeyd edəsiniz.

– CSdə sorğu göndərənlərin ən çox işlətdiyi yalnışlardan biri odur ki, sorğu göndərən mesajında qeyd edir ki, “mən o qədər sakit olacam ki, heç mənim sənin evində olmağım səni narahat etməyəcək, mənim varlığımı heç hiss etməyəcəksən”. Bu mesajda yalnış olan odur ki, sizi qonaqlayacaq adam sizi qonaqlayıb sizinlə vaxt keçirmək, sizi, ölkənizi və mədəniyyətinizi daha yaxından tanımaq istəyir.

 

– mütləq sorğu göndərərkən hostunuzun profilini əməlli başlı ələk-vələk edin. Hostunuzun nələrdən xoşlandığını, nələri sevmədiyini porfilindən oxuyun. Bəzən hostlar info bölməsində xüsusi sözlər gizlədirlər və deyirlər mesajınızda bu sözü işlətməsəniz avtomatik yox cavabı alacasınız.

– hostunuza gəlib çatacağınız və tərk edəcəyiniz vaxtları verməyə çalışın, hostunuz da insandır onun da özünə görə planları ola bilər.

– Özünüzlə gedərkən hostunuz üçün getdiyiniz ölkədən kiçik suvenir, lokal bir şirniyyat və ya içki aparın, bu hostunuzda sizin haqqınızda xoş təəssüratlar yaradacaq

– fors major hallara hazır olun, ola bilər ki, səfərinizə saatlar qala hostunuz sizi qəbul edə bilməyəcəyini söyləsin, çalışın öncədən buna uyğun bir B planınız olsun. Bundan başqa hər şəhərin özünün CS-də “Last minute Şəhərin adı” adlı qrupları olur, Last minute Paris, last minute Berlin və s. Kimi o qruplara girib hostunuzun son saniyədə sizi qarşılamaqdan boyun qaçırdığını yazıb kiminsə sizi qonaqlayacağına ümid edə bilərsiniz .

 

 

OXŞAR XƏBƏRLƏR