İş səyahəti üçün dünyanın ən bahalı şəhəri seçildi

İş səyahəti üçün dünyanın ən bahalı şəhəri seçildi
Xəbərlər 19 Aprel 2018 12:13 475
İş səyahəti üçün dünyanın ən bahalı şəhəri seçildi

 

ABŞ-ın Nyu-York şəhəri iş səyahəti üçün dünyanın ən bahalı şəhəri seçilib.

FED.az xəbər verir ki, bu barədə  Nyu-Yorkla yanaşı, dünyanın 3 şəhərində - London (Böyük Britaniya), Sidney (Avstraliya) və Honq Konqda ofisi olan "ECA International" araşdırma təşkilatı məlumat yayıb.

Qurum bəyan edib ki, Nyu-Yorka 1 günlük iş səfərinin qiyməti təxminən 900 ABŞ dolları təşkil edir. Siyahıda 2-ci yeri isə Avropada səyahət etmək üçün ən bahalı şəhər sayılan Cenevrə (İsveçrə) tutub. Buraya 1 günlük iş səyahəti üçün təxminən 800 dollar ödəmək lazım gəlir.

Sıralamada Monako, Basel (İsveçrə), Paris(Fransa) və London (Böyük Britaniya) şəhərləri də qərarlaşıb. Paris və London həmçinin otel qiymətlərinə görə ən bahalı şəhərlər sırasında ilk yerdədirlər. 

OXŞAR XƏBƏRLƏR