“Hilton Baku” otelində yerləşən mənzillər 1,8 milyon manata satışa çıxardılıb.
“Marja” xəbər verir ki, yerli əmlak saytlarında verilən məlumatlaraa görə, 20 mərtəbəli “Hilton Baku”nun 11-ci mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 183 m2 təşkil edir. 3 otaqlı mənzil 1,8 milyon manata təklif olunur (1 kv.m-i 9800 manat).
Sonuncu dəfə “Hilton Baku Resedanse”də mənzil alıcılarına 1,3 milyon manata təklif olunurdu. Qiymətə baxmayaraq, boş mənzil yox idi.
Bundan başqa, “Hilton Baku Resedanse”də ümumi sahəsi 200m2 3 otaqlı mənzil də 1,8 milyon manata satışa çıxardılıb (1 kv.m-i 9000 manat). Həmin mənzil mehmanxananın 12-ci mərtəbəsində yerləşir.
“Hilton Baku” hələlik mənzil təklif edən yeganə paytaxt mehmanxanasıdır. Belə apartamentlər “Flame Tower” otelində var, amma bu binada mənzillər hələ satışa çıxardılmayıb.