Azərbaycan Çindən turist cəlb etmək üçün saziş imzaladı

Azərbaycan Çindən turist cəlb etmək üçün saziş imzaladı
Xəbərlər 19 Aprel 2018 13:54 517
Azərbaycan Çindən turist cəlb etmək üçün saziş imzaladı

Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə Azərbaycanın və Çin turizm şirkətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Səyyah.az turizm portalı məlumat verir ki, bürodan verilən xəbərə görə, sağlamlıq turizmi sahəsində ixtisaslaşan bu şirkətlər ilk dövrdə Azərbaycana Çindən 2 min nəfərə yaxın turistin səfərini təşkil etməyi nəzərdə tutub. Yerli bazarı araşdıran çinli mütəxəssislərin rəyinə görə onların vətəndaşlarını daha çox Naftalan cəlb edəcək. 

Tur paketlər 12 günü əhatə edəcək və bu müddət ərzində çinlilər Bakı və Naftalanda olacaqlar. Çinli mütəxəssislər vurğulayır ki, il ərzində təxminən 1 milyon çinli sağlamlıq turizmi məqsədilə ölkədən çıxır. Onlar daha çox orta və yaşlı nəslin nümayəndələridir.

Qeyd edək ki, əvvəllər çinli turistlər daha çox ümumi Cənubi Qafqaz vahid tur paketi çərçivəsində ölkəmizə səfər edirdilər. Yeni sazış isə yalnız Azərbaycana gəlişi nəzərdə tutur.

Milli Turizm Təbliğat Bürosunda Çin bazarının prioritet istiqamət olduğunu vurğulayırlar. Ötən ildən Azərbaycanın turizm potensialı daha intensiv təbliğ edilir. Azərbaycana sosial media jurnalistləri, blogerlər, turagentlər dəvət edilir, Çinli partnyorlara geniş layihələr qurulur. Məhz bunun nəticəsi olaraq yeni saziş də ərsəyə gəlib.

2017-ci ildə Azərbaycana gələn Çin vətəndaşlarının sayı 10 258 nəfər təşkil edib. @marja.az

OXŞAR XƏBƏRLƏR