Atatürk Hava Limanı: "Sərnişinlərin yüklərinin təhvili ləngiyə bilər"

Atatürk Hava Limanı: "Sərnişinlərin yüklərinin təhvili ləngiyə bilər"
Xəbərlər 19 Aprel 2018 17:17 417
Atatürk Hava Limanı: "Sərnişinlərin yüklərinin təhvili ləngiyə bilər"

İstanbulun Atatürk Hava Limanında Bakıdan səfər edən şəxslərin çemodanlarının qəbulunda ləngimələr baş verir. Sərnişinlərin bildirdiyinə görə, buna səbəb bütün reyslərin əşyalarının eyni qəbul zolağında verilməsidir. Halbuki, digər çemodan təhvil vermə zolaqlarının hamısı boş olur.

  Səyyah.az turizm portalı xəbər verir ki, Türkiyənin İstanbul şəhərinin Atatürk Hava Limanından report-un sorğusuna cavab olaraq bildirilib ki, sərnişinlərin yüklərinin təhvili zamanı texniki səbəblərdən ləngimə yarana bilər.

Məlumata görə, sərnişinlərin gəldiyi ölkədən asılı olmayaraq, baqajların hansı qəbul zolaqlarında təhvil veriləcəyi əvvəlcədən planlaşdırılır: "Bütün aviareyslərin yüklərinin eyni qəbul zolağında verilməsi bəzi istisnalar olmaqla mümkündür. Buna uçuşlardakı sıxlıq, aviareyslərdəki ləngimələr səbəb ola bilər. Bəzi qəbul zolaqları isə əvvəlki reyslərin yüklərinin təhvil verilməsi, ya da texniki problemlərdən dolayı boş qala bilər. İndiyədək bununla bağlı heç bir şikayət almamışıq. Atatürk Hava Limanı bu mövzuda çox həssasdır və müştəri məmnuniyyəti bizim üçün hər şeydən önəmlidir". 

OXŞAR XƏBƏRLƏR