Mədəniyyət və Turizm Nazirliyi yanvarın 22-dən 25-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “EMİTT 2015” beynəlxalq turizm sərgisində iştirak edəcək.
Bu sərgi nazirliyin 2015-ci ildə iştirak edəcəyi ilk beynəlxalq turizm sərgisi olacaq.
Yanvar 23-dən 25-dək ölkəmizin turizm potensiyalı ABŞ-ın paytaxtında keçiriləcək “The New York Times Travel Show 2015” sərgisində nümayiş olunacaq.
Yanvar ayında Mədəniyyət və Turizm Nazirliyinin iştirak edəcəyi sonuncu sərgi İspaniyanın Madrid şəhərində reallaşacaq. Yanvarın 28-dən fevralın 1-dək keçiriləcək “FİTUR 2015” beynəlxalq turizm sərgilərində ölkəmizin turizm imkanları geniş təbliğ olunacaq.
Bu sərgilərdə nazirliklə yanaşı ümumilikdə 22 turizm şirkəti və 5 mehmanxana təmsil olunacaqdır.