Ucuz biletlə ərəblər Bakıya daşınacaq - YENİ AVİAREYS

Ucuz biletlə ərəblər Bakıya daşınacaq - YENİ AVİAREYS
Xəbərlər 24 Aprel 2018 13:01 650
Ucuz biletlə ərəblər Bakıya daşınacaq - YENİ AVİAREYS

Səudiyyə Ərəbistanına məxsus lou-kost (aşağı büdcəli) aviaşirkəti olan “Flynas” 2018-ci ilin yayından etibarən Bakıya uçuşlar həyata keçirəcək.

Bu barədə “The National” nəşri şirkətin baş direktoru Bəndər əl-Muhannaya istinadən xəbər verir.

Baş direktor bildirib ki, bu ilin yayından şirkət beş istiqamət üzrə - Gürcüstan (Tbilisi), Azərbaycan (Bakı), Avstriya (Vyana), Yunanıstan (Afina) və Türkiyə (Trabzon) uçuşlara başlayacaq. "Artıq bu həftədən biletlərin satışına başlanacaq,” – deyə B. Muhanna qeyd edib.© APA

OXŞAR XƏBƏRLƏR