Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Azərbaycan Sağlamlıq və Termal Turizmnin dəstək Assosiasiyası (ASTTDA) arasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə uzunmüddətli assosativ əməkdaşlık və assosativ üzvlük haqqında memorandum imzalanıb. Memorandumu AZTA-nın idarə heyətinin sədri Nahid Bağırov və ASTTDA -nın sədri Ruslan Quliyev imzalaıb.
Memorandumun imzalanasında əsas məqsəd turizmin inkşafına töhvə vermək,turizm təşkilatları arasında əməkdaşlığı inkşaf etdirmək,Azərbaycan turizm potensialını xarici ölkələrdə tanıtdırmaq,turizmin bütün növlərini muasir tələblərə uyğun formalaşdırmaq , turizm təhsilinin təbliği üçün səmərəli tərəfdaşlıq etməkdən ibarətdir.
Bu əməkdaşlıq Azərbaycanda sağlamlıq turizminin inkşafında, xarici turistlərin və yeni investisiyaların cəlb olmasında mühüm rol oynayacaq.
Həmçinin, 2015-ci ildə birgə fəaliyyət planına uyğun olaraq, məhsuldar əməkdaşlıq nəzərdə tutulub.