Bolqarıstan Vizası almaq üçün nə etməliyəm - ƏTRAFLI

Bolqarıstan Vizası almaq üçün nə etməliyəm - ƏTRAFLI
Xəbərlər 26 Aprel 2018 12:41 990
Bolqarıstan Vizası almaq üçün nə etməliyəm - ƏTRAFLI

Bolqarıstana daxil olmaq üçün ya aktiv multi şengen vizanız ya da Bolqarıstan milli vizası olmalıdır.

Bolqar vizası almaq üçün ilk öncə bu anketi doldurmaq lazımdır:

https://goo.gl/YY7gvh

Tələb olunan sənədlər: 3×4 şəkil Otel bronu (ödənilmiş olmalıdır) Bank hesabınızdan son üç ayın çıxarışı. Hesabınızda olan məbləği hər gün üçün təxmini 80-100 AZN nəzərdə tutun və üstünə aviabiletin qiymətini də əlavə edin. Aviabilet bronu Səyahət sığortası İş yerinizdən arayış (maaş və vəzifə göstərilməklə) Şəxsiyyət vəsiqəsi və passportun əsli və nüsxəsi 35 avro. Pulu yalnız avro olaraq və tam 35 avro aparın Doldurulmuş anket Əgər varsa öncəki şengen və ya bolqar vizalarının kopyası Təqaüdçülər və 12 yaşdan aşağı uşaqlar üçün viza ödənişsizdir. Sənədləri həftəiçi 11:00-12:30 arası Hüseyn Cavid pr. 30 ünvanında (Texniki Universitetin yanı) yerləşən Bolqarıstan səfirliyinə təqdim edə bilərsiniz. Bunun üçün vaxt götürməyə ehtiyac yoxdur. Pasport 2-3 günə qaytarılır. Səfirliyin əlaqə vasitələri: Email: visa.baku@mfa.bg / Nömrə: (012) 538 69 71 Qeyd edək ki, Buta Airways yanvar ayından etibarən Bakı-SofiyaBakı birbaşa reysini edir. Gediş-gəliş biletinin qiyməti 120 manatdan başlayır

OXŞAR XƏBƏRLƏR