Məhşur sayt ən sərfəli tətil məkanlarının siyahısını hazırladı – SİYAHI

Məhşur sayt ən sərfəli tətil məkanlarının siyahısını hazırladı – SİYAHI
Xəbərlər 26 Aprel 2018 16:27 951
Məhşur sayt ən sərfəli tətil məkanlarının siyahısını hazırladı – SİYAHI

 

Yazın gəlməsi ilə tətil axtarışları da başlayıb. Amma bəzən istirahət yerləri düşündüyümüzdən çox büdcə tələb edir. Əgər siz də çox xərc etmədən gözəl bir tətil istəyirsinizsə Insider saytı sizin üçün Avropada ən ucuz 18 istirahət yerini seçdi.

18. Sorrento-İtaliya

Sorrento, Cənubi İtaliyanın Neapol Körfəzində yerləşən kiçik bir qəsəbədir. Qəsəbə tarixi xüsusiyyətləri və yerli məhsulları ilə məşhurdur. Neapola bağlı olan qəsəbənin ətrafı Vezuvi Vulkanı, Kapriyə Olan və Neapol ilə əhatə olunub. Tarixi miladdan əvvələ qədər uzanır. Sorrentoda Roma, Yunan və Bizans İmperatorluğunun hakim olduğu dövrlərə aid bir çox qalıq və tarixi əsər var. Xüsusilə sahib olduğu kilsə, monastır və kilsə kimi tarixə işıq tutan dini tikililər ilə diqqət çəkir. Bununla yanaşı, aqrar istehsala əsaslanan yerli məhsulları ilə də məşhur olan şəhərdə limoncello deyilən limon likörü, sitrus, şərab, fındıq və zeytun istehsalı Sorrentonun həm iqtisadi, həm də turizm baxımından ən mühüm məhsulları arasındadır.

17- İbiza - İspaniya

İbiza, İspaniyaya bağlı muxtar Balear Arxipelaqının incisi olan İbiza Adasının ən böyük şəhəridir. İbiza, restoranları, mağaza dükanları, çimərlikləri və ən əhəmiyyətlisi gecə həyatı ilə Aralıq Dənizdəki ən məşhur turist mərkəzlərindən biridir. Həmçinin bura 1999-ci ildə UNESCO-nun Dünya Mirasları Siyahısına daxil edilib. Görülməyə dəyəcək bir çox kilsə və muzey də yerləşir. İbiza deyiləndə ağıla gecə həyatından sonra musiqi festivalları gəlir. İbiza Beynəlxalq Motosiklet Yarışı burada təşkil olunan festivallar arasında.

16 – Limasol, Kipr

Limasol, Cənubi Kiprdə cənubda yerləşən bir şəhər. Bir liman şəhəri olan Limasol eyni zamanda Kiprin ən böyük ikinci şəhəri mövqeyində yer alır. Rayonun əsas dolanışıq mənbəyi isə turizmdir. Sahil sahillərində bir çox lüks otel də var. İqtisadiyyatının ən vacib sahələrindən biri də şərabçılıqdır. Bölgədə antik şəhər və qalalar da ziyarətə açıqdır.

15 – Nice-Fransa

Fransanın 5-ci ən böyük şəhəridir, eyni zamanda ikinci böyük turizm mərkəzidir. Nice qalası bütün bölgəni ən hündürdən izləmək imkanı yaratdığı üçün ən çox ziyarət edilən yerlərdən biridir. Eyni zamanda bazarları, parkları da turistlərin marağına səbəb olan yerlərdəndir.

14 – Mayorka – İspaniya

Aralıq dənizin qərbində yerləşən Mayorka Balear adalarının ən böyüyüdür. Adı da böyük ada mənasını verir. Mayorkanı ağ qumu, təmiz dənizi və istiqanlı insanları ilə yer üzünün cənnəti də adlandırırlar. Orta əsrdən qalma kəndləri və Əjdaha mağarası görməli yerlərindəndir.

13- Porec-Xorvatiya

Porecin ən vacib turizm mərkəzləri Zelena və Plava Laquna adlı şəhərləridir. Bölgənin bəlkıə də ən gözəl tərəfi yayın öldürücü istilərində nəm nisbətinin yüksək olmasıdır.

12 – Lissabon – Portuqaliya

Portuqaliyanın paytaxtı olan Lissabon iki sahilli şəhərdir. Avropa Birliyinə daxil olan ölkələrin sərhədləri içində ən çox əhalisi olan 11 şəhərdən biridir. Roma, Barselona, Afina, Madrid və Milanodan sonra ən çox turist cəlb edən şəhərdir. Turistlərin marağına ən çox tarixi yerlərinin çox olması səbəb olur.

11-Halkidiki – Yunanıstan

Yunanıstanın cıənubunda yerləşən bu yarımada Egey dənizinə uzanan 3 barmaqlı bir ələ bənzəyir. Bu barmaqlardan biri Kasandra, digəri Sithoniya, üçüncüsü isə Atosdur.

10-Sliema – Malta

Sliema Maltanın ən böyük turistik mərkəzlərindən biridir. Malta evlərinin gözəlliyi xüsusilə zövq oxşayır. Evlər qədər gözəlliyi olan restoran və otellər, kilsələr də turistlərin sevdiyi məkanlardır.

9- Zadar – Xorvatiya

Zadar Xorvatiyanın ən qədim tarixini özündə yaşadan köhnə şəhərdir. Turistləri bura cəlb edən ən mühim amillər əl işləri, küçə sənətçiləri və rəssamlıq nümunələridir.

8- Korfu-Yunanıstan

Korfu Aralıq dənizinin bir qolu olan İon dənizində bir adadır. Aralıq dənizinin incisi sayılan bu adada balıq və zeytun yağı turistlər üçün xüsusi qiymətlidir.

7 – Baf – Kipr

Baf Kiprdə bir sahil şəhəridir. Yerli əhali qəsəbə adlandırır. Bu şəhərin bir çox tikilisi dünya mirası siyahəsəna daxil edilib.

6- Costa Blanka – İspaniya

İspaniyanın güneyində yerləşən tətil cənnətidir. Şəhərin adının mənası “ağ sahil”dir. Turistləri bura parkları, şəffaf çimərlikləri cəlb edir.

5- Cirit – Yunanıstan

Yunanıstanın ən böyük adası olmaqla yanaşı Aralıq dənizinin 5 ən böyük adasından biridir. Tarixi və təbii gözəlliyi ilə turistlərin sevimli istirahət məkanıdır.

4- Kosta Del Sol – İspaniya

Adının mənası “Günəşin sahili”dir, İspaniyanıın güneyində yerləşir. Bölgənin ən məşhur çimərliyi də burada yerləşir.

3- Alqarve-Portuqaliya

Portuqaliyanın quzeyində yerləşir. Yarış çılğınlarının xüsusi seçdiyi məkanlardan biridir.

2 – Marmaris – Türkiyə

Türkiyənin turism iqtisadiyyatında xüsusi çəkisi olan Marmaris də bu siyahıda yer alıb. Marmarisin tarixi məkanları və ləzzətli mətbəxi turistlər üçün imtinaedilməz tətil yerlərindən biridir.

1 – Sunny-Beach – Bolqarıstan

8 kilometrə qədər uzanan qumsalı ilə dünya turistlərinin diqqətini çəkən bu bölgə 24 saat canlı olan həyatı ilə Bolqarıstanın Las Veqası kimi də tanınır.

 

OXŞAR XƏBƏRLƏR