Çin restoranlarından biri müştərilərinə hesabı yeni üsulla – xarici görünüşünə əsasən ödəməyi təklif edir. Fins.az Çin mətbuatına istinadən xəbər verir ki, Çjençjou şəhərindəki restoranın müştərilərinə «feys control» tətbiq edəcək. Belə ki, müştərilər restorana daxil olarkən onların şəkili çəkilir, daha sonra masaya əyləşdirilirlər. Müştəri nahar etdiyi müddətdə onun xarici görünüşü plastik cərrahlardan ibarət xüsusi “ekspert qrupu” tərəfindən qiymətləndirilir. Müştəri gözəl hesab olunsa onun naharı pulsuz başa gələcək.
Bu xəbər sosial şəbəkələrdə də böyük səs-küyə səbəb oldu. Fins.az “The Telegraph”-a istinadən xəbər verir ki, belə aksiya heç də hər kəsin xoşuna gəlməyib. Belə ki, şəhər rəhbərliyi “Gözəl xarici görünüşə görə pulsuz nahar” adlı elanı restoranın qarşısından götürməyi tələb edib.
Buna baxmayaraq, restoran sahibləri aksiyanı davam etdiriblər. Restorandan bildiriblər ki, gələcəkdə reklam aksiyaları hazırlananda daha diqqətli olacaqlar, amma bu aksiyanı davam edəcək.