Həm səyahət edin, həm də 9500 AVRO qazanın - FÜRSƏT

Həm səyahət edin, həm də 9500 AVRO qazanın - FÜRSƏT
Xəbərlər 27 Aprel 2018 10:11 876
Həm səyahət edin, həm də 9500 AVRO qazanın - FÜRSƏT

 

İslandiyanın WOW Air şirkəti müvəqqəti işə 2 nəfəri «proffesional turist» pozisiyasına dəvət edir. İşə qəbul müsabiqə yolu ilə baş tutacaq. Müsabiqədə  18 yaşından yuxarı ingilis dilini bilən  hamı iştirak edə bilər. Cinsin və milliyətin fərqi yoxdur.  Əsas tələblərdən də biri – səyahətçinin Facebookda profili olsun, başqa aviaşirkətin işçisi olmasın və sağlam olsun. Kim bu səyahətdə iştirak etmək istəyirsə  öz yaşadığı şəhər barədə qısa video çəkib göndərməlidir.

Qəbul 14 may tarixinədəkdir. Seçilən 2 şanslı insan iyunun 1-dən avqustun 15-dək İslandiyanın paytaxtı Reykyavikə köçəcək. Bu müddət ərzində də dünyanın müxtəlif ölkələrinə səyahətlər edəcək. Hər səyahət 2-4 gün müddətində olacaq. Səyahətdən qayıdandan sonra da səyyah sosial şəbəkədə səfərlə bağlı hesabatlarını paylaşmalıdır. Bütün xərclər şirkət tərəfindən ödənilir, üstəlik bu müddət ərzində 9500 AVRO əlavə ödəniş də veriləcək. Ətraflı məlumat və qeydiyyatdan keçmək üçün aşağıdakı linkə baş çəkin.

https://travelguide.wowair.com/apply.html

 

OXŞAR XƏBƏRLƏR