Bu şəhərdə daha kababçı və fast-food kafeləri olmayacaq

Bu şəhərdə daha kababçı və fast-food kafeləri olmayacaq
Xəbərlər 27 Aprel 2018 10:52 900
Bu şəhərdə daha kababçı və fast-food kafeləri olmayacaq

İtaliyanın Toskana bölgəsindəki Orta Əsr şəhərlərinin qalıqlarını yaşadan Pistoiada  kabab bişirməyi qadağan ediblər. Şəhər Bələdiyyəsinin göstərişi ilə böğlgədə seks-shoplar da qadağan edilib. Bu qərara həm kababçıların, həm də seks shopların şəhərin qədim görüntüsünü pozduğu, tarixinə xələl gətirdiyi iddiaları olub.  

 Pistoia Bələdiyyə Məclisinin aldığı qərara əsasən bundan sonra tarixi şəhər mərkəzindəki müəssisələr sıx qaydalara ram ediləcək. Mövcud kababçılar və fast-food bufetləri, internet-klublar, pul transferi və idman oyunları haqqında mərc mərkəzləri, gecə klubları bundan sonra lisenziya almayacaq.

 Yemək satışı ilə məşğul olan dükanlara da, yeməklərin hazırlandığı hissə ilə küçə arasında ən azı 2 metr məsafə olması şərti qoyuub. Şəhər mərkəzindəki mağazaların led işıqlı lövhələr və latın əlifbasından başqa yazılar istifadə etməsi də qadağan olunacaq.

 Bu qərarın turizmə mənfi təsir etməməsi üçün iaşə obyektlərin adlarının fərqli dillərdə tərcümələrlə yazılmasına  icazə veriləcək. Pistoia Bələdiyyə Sədri Alessandro Tomasi qərarın səbəbini "Turistlər Pistoiaya kabab yeməyə, pul transferi etməyə, 24 saat açıq bir robotdan içki almağa gəlmir. Bizim tipik yerlərimiz, qədim tariximiz onların diqqətini çəkir, tarixi binalarımızın memarlığının yaxşı qorunduğunu görmək istəyirlər" - deyə açıqlayıb.

 Bələdiyyə Sədri, məhdudiyyətlərin mövcud kababçılara, fast-food kafelərinə tətbiq edilməyəcəyini bildirib. Qeyd olunub ki, onların lisenziyası bitənədək faliyyət göstərmələri sərbəstdir, lakin yenidən lisenziyala almaqlarına, habelə yeni obyektlər açmaqlarına icazə  verilməyəcək. Qeyd edək ki, İtaliyada daha əvvəl də Venesiya, Verona və Florensiya kimi şəhərlərdə kabab və fast-food növü qida satan müəssisələrə oxşar məhdudiyyətlər qoyulmuşdu.

OXŞAR XƏBƏRLƏR