Əcnəbilər bank kartlarında bu qədər əməliyyat aparıb - Bir aya

Əcnəbilər bank kartlarında bu qədər əməliyyat aparıb - Bir aya
Xəbərlər 27 Aprel 2018 16:28 654
Əcnəbilər bank kartlarında bu qədər əməliyyat aparıb - Bir aya

2018-ci ilin I rübündə Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 Səyyah.az turizm portalı"APA-Economics"ə istinadən xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin aprel ayı üçün sayında qeyd olunub ki, 2018-ci ilin mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların 105,8 mln. manat təşkil edib və ötən ilin mart ayı ilə müqayisədə 16% artıb.

Ümumiyyətlə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 18% artaraq 296,7 mln. manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR