Yaz aylarında Paris səyahəti edən bütün səyahətçilər bu şəhərin yazda daha gözəl və gəzmək üçün münasib olduğunu deyirlər. Çünki aprelin sonlarına doğru isinməyə başlayan təbiəti və qırmızı çiçəklərlə bürünmüş interyeri uzun müddətli cansıxıcı qışdan sonra insanı valeh edən bir mənzərə nümayiş etdirir. İnsanlar küçələrə hələ yenicə axışır, insanı yoran izdiham hələ yaranmayıb. Yaz aylarında səyahəti planlaşdıranlar üçün Paris gəzintisi inanılmaz gözəl təəssüratlarla yadda qalacaq.
Martin Kanalı bahar aylarında füsünkardır
Klassik Paris turundan bir qədər uzaqlaşıb Parisdə yaşayanların favorit məkanlarına göz atın. Bu zaman müşahidə edəcəksiniz ki, Saint Martin Kanalı bu mövsümün ən sevilən yeridir. Republique Meydanının yaxınlığında yerləşən bu kanal, yaxınlıqda yaşayanların iş çıxışı yeməklərini götürüb gəldiyi və suyun ətrafında süfrə açdığı, yedikdən sonra kitabını əlinə alıb boş skamya taparaq dincəldiyi bir məkandır. Üstəlik turistik bir çox restorandakı baha qiymətlər bu ərazidəki restoranlara təsir etməyib, siz burda büdcənizə uyğun yaxşı restoran tapa bilərsiniz.
Lüksemburq Bağı və kiçik gəmilər sizi gözləyir
Baharın ən gözəl tədbirləri və əyləncələri əlbəttə ki, su kənarında olanlar. Yüz ildən artıq müddətdir ki, Lüksemburq Parkının nəhəng hovuzunda davam etdirilən bir ənənə var ki, bu oyuncaq kater-gəmi üzdürməkdir Bu ənənə yazda böyük-kiçik hər kəsin maraq göstərdiyi bir əyləncədir. Yarım saatı 3 Avro müqabilində göyərtəsində müxtəlif ölkələrin bayraqlar dalğalanan kiçik taxta katerlərdən birini icarəyə götürüb hovuzda üzdürmək mümkündür.
Parisin çəhrayı-qırmızı çiçəklərini görməyin tam zamanıdır
Uzun sürən cansıxıcı qış mövsümündən sonra Parisdə özünü ilk gözə çarpdıran çiçəklər maqnoliyalar və nərgizlər olur. Luvr Muzeyinin yaxınlığında yerləşən Palais Royal, bu mövsümdə qırmızının ən gözəl tonlarını özündə əks etdirir, üstəlik bu qırmızının fonunda gözə çarpan nərgizlər insanı valeh edir. Hotel de Villeinin yanındakı park, ya da Combattants Espagnols de la Nueve Bağçası da şəhərin ilk açılan çiçəklərinə ev sahibliyi edən məkanlardır.
Qapalı tarixi məkanları gəzməyin əsl vaxtıdır
Parislilər bezdirici payız-qış aylarından o qədər təngə gəlirlər ki, havalar azacıq mülayimləşən kimi qapalı obyektlərə girmirlər. İlıq bir yaz günündə kimsə müaliyim havanı qoyub qapalı məkanda dincəlmir. Bu ərəfədə muzey, qəsr, kilsə kimi tarixi və qapalı məkanları ziyarət etmənin tam zamanıdır, çünki izdiham olmur, siz bələdçidən soruşmaq istədiyiniz hər şeyi öyrənə bilirsiniz. Klassik Paris turu üçün Parisin əsrarəngiz Luvr Muzeyi, Notr Dam Kilsəsi və Versal Sarayını da yaz marşrutlarına əlavə edin.
Pulsuz turistik gəzintilər
Parisdə hər ayın ilk bazar günü pulsuz olaraq gəzəcəyiniz bir çox tarixi abidə var. Əgər yaxın günlərdə Parisdə olacaqsınızsa, mayın ilk bazar günündə pulsuz ziyarət edə, Orsay Muzeyi, Centre Pompidou, Pikasso Muzeyi, Muse des Arts et Mtiers, Compiegne Qəsrinə baş çəkə bilərsiniz. Bundan başqa, may ayında keçiriləcək olan Avropa Muzeylər Gecəsində də iştirak edə biləcəksiniz.
Parisin əvəzolunmazı: Rəssamlar Təpəsi
Havanın istiləşməsi və hər kəsin küçələrə tökülməsi axışması səbəbində izdiham müşahidə edilən rayonlardan biri də Montmartredir. Bölgənin ən əhəmiyyətli meydanı Place du Tertrede oturmağa lüzum duymadan, ayaq üstə duraraq portretinizi çəkən və ya silueti bir neçə dəqiqədə kağız və qayçı istifadə edərək çıxara bilən sənətkarlardan musiqiçilərə, xoş kafe və restoranlardan müdhiş hədiyyə-sivenir dükanlarına qədər bir çox əyləncəli mənzərəyə də burada şahid ola bilərsiniz. Bura səyahət etmək üçün bahar aylarında səhər erkən saatlarını deyil, xüsusilə həftə sonunda günorta saatlarını seçməyiniz məsləhətdir.
Disneyland may ayında gəzmək üçün çox əlverişlidir
Uşaqlı ailələr başda olmaq üzrə, lunapark əyləncəsini sevən hər kəsin Parisdə mütləq ziyarət etmək istədiyi məkanlardan biri də Disneylanddır. Yaz ayında Parisə gedirsinizsə mütləq Disneylanda da baş çəkin. Yayda havaların istiləşməsi və məktəblərin tətilə bağlanması səbəbində Disneylandda çox sıxlıq olur, amma yaz aylarında bu sıxlıq müşahidə edilmir və siz rahatca gəzib-dolaşa bilirsiniz. i