Ekskursiya-bələdçi kursları təşkil olunacaq

Kursları müvəffəqiyyətlə bitirən və imtahanlardan keçən şəxslər Azərbaycan Turizm Assosiasiyası ilə müqavilə əsasında işlə təmin olunacaqlar.
Xəbərlər 20 Yanvar 2015 00:00 964
Ekskursiya-bələdçi kursları təşkil olunacaq

"Seyyah.az"-ın məlumatına görə, Azərbaycan Turizm Assosiasiyası (AZTA) 2015-ci ilin aprel ayının 1-dən etibarən ödənişsiz aylıq ekskursiya-bələdçi kursları təşkil edəcək. Qeyd olunan kursları müvəffəqiyyətlə bitirən və imtahanlardan keçən şəxslər Azərbaycan Turizm Assosiasiyası ilə müqavilə əsasında işlə təmin olunacaqlar.

Kurslara 20-30 yaşında müxtəlif xarici dilləri (alman, ingilis, fransız, italyan, ispan, yapon, türk, polşa, macar, ərəb, fars, koreya, çex) bilən gənc qız və oğlanlar dəvət olunur. Hər bir qrup 20 nəfərdən ibarətdir və dərslər Azərbaycan və rus dillərində keçiriləcək.

Xatırladaq ki, bu tipli kurslar artıq bir neçə ildir ki, Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən təşkil olunur və artıq 50 nəfərə yaxın bələdçi hazırlanmışdır.

OXŞAR XƏBƏRLƏR