Gürcüstanda ictimai yerlərdə siqaret çəkmək qadağan edildi

Gürcüstanda ictimai yerlərdə siqaret çəkmək qadağan edildi
Xəbərlər 1 May 2018 12:37 783
Gürcüstanda ictimai yerlərdə siqaret çəkmək qadağan edildi

 

Gürcüstanda mayın 1-dən ictimai yerlərdə, o cümlədən, otellərdə, restoranlarda, kafe və barlarda siqaretin çəkilməsini qadağan edən qanun qüvvəyə minib.

 Səyyah.az turizm portalı xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Yeni qaydalara görə, qadağaya məhəl qoymayan vətəndaş 100 lari (təx.70 manat), fərdi obyektin sahibi isə 500 lari (təx.350 manat) məbləğində cərimələnəcək. Qaydanın təkrar olaraq pozulmasına görə 1000 lari (təx. 700 manat) cərimə nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR