Amsterdamın görməli, gəzməli yerləri – ŞƏXSİ TƏCRÜBƏ

Amsterdamın görməli, gəzməli yerləri – ŞƏXSİ TƏCRÜBƏ
Xəbərlər 1 May 2018 16:13 1462
Amsterdamın görməli, gəzməli yerləri – ŞƏXSİ TƏCRÜBƏ

 

Amsterdamda yaşayan həmyerlimiz İsa Yusibov yaşadığı şəhər barədə qeydlərini paylaşıb. Bu şəhərə səyahət etməzdən əvvəl bu qeydləri oxumanızda fayda var. Mətnin təhrifə uğramaması səbəbindən redaktə edilməyib.

“...Bu dəfə Amsterdamda “uçmağın” başqa versiyası barədə qısaca yazmaq istəyərdim.

 

Şəhərin ən tanınmış yerlərindən biri Amsterdam Toren adlanır və Hollandiyanın ən hündür panoraması olan Lookout (hardasa 100 metr). Əvvəllər 20 mərtəbəli bu bina Shell-in ofisi olub, indi isə turistik yer kimi fəaliyyət göstərir. Binanın aşağı mərtəbələrində hotel, ofislər və s. var. Maraqlı yerlər 19cu mərtəbədən başlayır. 19-da Moon adlı restoran var, elə quraşdırılıb ki, masalar 360 dərəcə fırlanır, oturduğunuz yerdən gördüyünüz şəhər dəyişmiş olur. Məsləhət: o restoranda sevgilinizlə nahar eləmək istəsəz birinci menuda qiymətlərə baxın sonra asta-asta ordan uzaqlaşın ))

 

20-ci mərtəbədə şüşə pəncərə ilə əhatəli kafe var. Aldığınız biletlə orda 2 içki pulsuzdu, qiymətləri ümumilikdə yaxşıdı. Normalda bilet 12,50-di. Amma çox adam Premium ticket alır 20 euroya və bu biletə 2 içki, suvenir və binada çəkdirdiyiniz şəkil daxildir. Bu bileti alsaz kassa, növbə gözləmədən qalxa bilərsiz.

 

21-ci mərtəbədə Amsterdam Lookout var və burda şəhəri ən hündür yerdən izləmək olur. Hava yaxşı olanda Utrecht falan da görünür lap uzaqdan.

 

Və ən əsas, 22-ci mərtəbədəki yelləncəkdir. Axşam saat 9a kimi açıqdır bura, yəni bəzən qaranlıqda da şəhəri izləmək olur. Acrophobia-sı olanlara məsləhət deyil bu arada:) Qeyd edim ki, bu swing üçün əlavə 5 euro ödəniş istənilir. Bizim qızların/oğlanların boyunun balaca olmasını nəzərə alaraq onu da deyim ki, 1.10 m-dən balaca olanlar ora buraxılmır, indi özünüz baxın da .

MUZEYLƏR

Bu qrupda və inboxda Amsterdamdakı muzeylərlə bağlı tamaşaçıların çoxsaylı xahişini nəzərə alaraq muzeyləri ziyarət etməyin ən sərfəli yolunu deyim.

 

Ümumilikdə bura gələn turistlər ya Red Light-a görə gəlir, ya da ki incəsənətə görə. Turizmin ən ciddi gəlir mənbələrinin bəlkə də birincisi elə muzeylərdi. Məsələn Van Gogh muzeyinə giriş 18 eurodu. Adam o qədər çox olur ki, artıq Amsterdamdakı turistik yerlərin bir çoxuna bilet bir-iki ay öncədən tükənmiş olur.

 

Şəhərdə turistlərlə bağlı bir neçə discount card-lar var, onlar haqqında imkan olsa müsbət və mənfi tərəflərini ayrıca postda yazacam gələcəkdə. Qısa müddətdə ən çox muzey gəzmək istəyənlər üçün verəcəyim ən önəmli məsləhət “Museumkaart” sifariş etməkdir. Normalda burda uzunmüddətli yaşayanlar, Holland vətəndaşları və s. üçün bu kart 1 illik etibarlıdı, amma turistlər üçün bu 1 aydı. Aldığınız bu kartla siz 1 ay ərzində təkcə Amsterdamın yox, Hollandiyanın 300-dən çox muzeyini pulsuz gəzə bilərsiz. Eyni zamanda bu kartla məsələn Rijksmueum-a, Van Gogh muzeyinə bir ay ərinzdə istədiyiniz qədər gedə bilərsiz. Amsterdam eyni zamanda İkinci Dünya müharibəsində önəmli rol oynadığı üçün mövzu ilə bağlı burda maraqlı yerlər də var.

 

Kartın qiyməti 60 eurodu, 3-4 euro da servis xidməti əlavə edilir. Kartı online alanda istəsəniz mənim ev adresimə göndərtdirə bilərsiz, 2-3 günə gəlir. Görüşəndə gətirib verərəm özünüzə.

 

Bir də unutmadan bir muzeyi də nəzərinizə çatdırım. Haaqa şəhərində hamımızın əsərlərini ən azı bir dəfə gördüyü Escher-in muzeyi var, ora getməyinizi şiddətlə tövsiyyə edirəm. Paylaşdığım şəkillər onun əsərlərindəndi. Amma Museumkaart orda işləmir, giriş 9.50 eurodu.

 

Digər turistik kartlardan fərqli olaraq bu kart Amsterdamda nəqliyyat üçün, və ya başqa məqsədlər üçün discount ya free entrance vermir...”

OXŞAR XƏBƏRLƏR