Üç məğlubiyyətdən sonra 52 yaşlı amerikalı alpinist Lonni Düpre nəhayət ki, Şimali Amerikanın ən hündür nöqtəsi olan Denali (6194 m) zirvəsinə solo-qalxmasını həyata keçirə bilib. "Seyyah.az"-ın Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumatına görə, Lonni bunu yanvar ayında edən ilk adam oldu. Bu barədə o, yanvarın 11-də öz Facebook səhifəsində bildirib.
Nadir hallardır ki, kimsə bu zirvəyə qışda qalxa bilsin, çünki bu vaxt günün uzunluğu çox qısa, tufanlar isə çox sərt olurlar. Sürəti saatda 100 mildən çox olan külək və 50 dərəcə şaxta qalxmaları mümkün olmayanlar siyahısına salır. Düprenin 2011, 2012 və 2013-cü ildə bu zirvəyə qalxma planlarına son qoyan elə pis hava şəraiti olub.
Lonni Düpre 2001-ci ldə Qrenlandiyanı motrsuz nəqliyyat, it və kayaklarla səyahət edən ilk adam olub. 1991-1992-ci ildə o Şimali-Qərb keçidini itlərın köməyi ilə aşa bilib, 3000 mil məsafəni fəth edib.
Denaliyə qalxan 16 nəfərdən altısı ekspedisiya zamanı dünyalarını dəyişiblər. Bu qalxmaların dördü solo idi, lakin heç kim onları yanvarda bitirə bilməyib. Yalnız 1998-ci ilin yanvarında zirvəni iki rusiyalı alpinist (Artur Testov və Vladimir Ananiç) fəth ediblər.