Bu siyahıda yer alan muzeylər adət etdiyiniz muzeylərdən bir az fərqlidir. Nümayiş etdirilən qorxulu eksponatları ilə muzeylər arasında fərqliliyini qoruyan tibb muzeyləri ziyarətçilərinə qorxu yaşadır.
1.Vrolik Muzeyi, Hollandiya
Amsterdamlı bir ailənin tibb və anatomiya ilə bağlı kolleksiyasının toplandığı muzeydə 10 mindən çox döl, siam əkizi və bir çox maraqlı eksponatlar var. Muzey, uşaqların yaşına uyğun olmadığından uşaq ziyarətçi qəbul etmir.

2.Bart Patologiya Muzeyi, İngiltərə
Londondakı bu muzeydə 5000-ə yaxın tibbi anormallıq hesab edilən eksponat nümayiş olunur. Toplananlar arasında insan bədənindən çıxarılmış 150 illik cisimlər də var. Muzeyi yalnız burada özəl tədbirlər keçiriləndə gəzmək mümkündür.

3.İnsan Xəstəlikləri Muzeyi, Avstraliya
Keçmişdən indiyədək 2000 -dən çox xəstəliyin əlamətlərinin toplandığı bu muzey öz daxilində görənlərin heyrətə gəldiyi dəhşətli nümunələr nümayiş etdirir.

4.Berlin Tibb Tarixi Muzeyi, Almaniya
I dünya Müharibəsindən əvvəl 23.000 ətrafında nümunənin nümayiş etdirildiyi bu muzeydə hazırda sadəcə 1800 nümunə qalıb. Ziyarətçilər yeni irq yaratmaq üçün istifadə olunan alətləri də gömək imkanına sahibdir.

5. Fragonard Muzeyi, Fransa
At, meymun və hətta insan döllərinin toplandığı bu muzeydəki anatomiya kolleksiyası 18-ci əsrdə baytarlıq tələbələri tərəfindən başlanmış.

6. Maude Abbot Tibb Muzeyi, Kanada
Aralarında 19-ci əsrə aid nümunələrin də olduğu muzeydə 150-ə yaxın orqan nümayiş olunur.
