"Seyyah.az"-ın xarici mətbuata istinadən məlumatına əsasən, bu məqsədlə, "AirlineRains" şirkətinin mütəxəssisləri dünyanın ən iri aviaşirkətləri barədə məlumat toplayaraq, aralarında ən təhlükəsizlərini müəyyən etmək qərarına gəliblər. Araşdırmada 400 aviadaşıma şirkəti iştirak edib.
Ən yaxşı şirkəti müəyyən etməyə çalışan ekspertlər ən çox təyyarələrin vəziyyəti və avadanlıqlara, fövqəladə hal və qəzaların sayına, həmçinin sərnişin rəylərinə fikir veriblər.
Nəticədə, dünyanın ən təhlükəsiz və etibarlı aviaşirkəti olaraq, Avstraliyanın "Qantas" şirkəti seçilib. İkinci yeri "Air New Zealand", üçüncü yeri isə "British Airways" şirkəti tutub.
Ən etibarlı hava yolları sırasına, həmçinin Honkonqun "Cathay Pacific", BƏƏ-nin "Emirates, "Etihad", Çinin "EVA Air", Finlandiyanın "Finnair", Almaniyanın "Lufthansa" və Sinqapurun "Singapore Airlines" şirkətləri daxil olub.