Hindistan rəngi dəyişən “Tac Mahal”a çarə axtarır

Hindistan rəngi dəyişən “Tac Mahal”a çarə axtarır
Xəbərlər 3 May 2018 10:44 950
Hindistan rəngi dəyişən “Tac Mahal”a çarə axtarır

Hindistan Konstitusiya Məhkəməsi, ölkənin ən əhəmiyyətli simvollarından biri olan Tac Mahalın çirkdən rəng dəyişdirdiyini bəyan edərək hökumətə beynəlxalq dəstək axtarışlarına başlamaq göstərişi verib.

Konstitusiya Məhkəməsi rəsmisi hökumətə müraciət etdiyi çıxışında "Əlinizdə imkanlar varsa belə, bu imkanlardan istifadə etmirsiniz. Bəlkə də vecinizə də deyil" deyərək sərt reaksiya göstərdi. 17-ci əsrdə ağ mərmər daşlarla inşa edilən Tac Mahalın əvvəlcə saralmağa başladığı, indisə mərmərin zaman-zaman qəhvəyi və yaşıl rəngə çevrildiyi ifadə edilir.

Abidənin rəngindəki dəyişikliyə hava çirklənməsi ilə yanaşı, odun anbarların yaydığı toz və çınqılların və həşərat nəcisinin səbəb olduğu bildirilir. Hindistan hökuməti Tac Mahal yaxınlığındakı minlərlə zavodun bağlanması və başqa bölgələrə köçürülməsi istiqamətində göstəriş vermişdi. Abidənin divarlarında həşəratların ifrazatlarından xoşagəlməz mənzərə yaranıb.

 

 

Ancaq Tac Mahalın qorunması üçün daha fəal səy göstərilməsi lazım olduğunu deyənlər hökuməti kifayət qədər səy göstərməməklə ittiham edirlər və abidənin rəngini itirməyə davam etdiyini vurğulayırlar. Abidənin yanında olan Qanq çayının ən böyük qolu Yamuna çayının açıq kanala çevrilməsi səbəbindən bölgədəki həşərat sayında ciddi artım olduğu bildirilir.

 

 

Qeyd edək ki, Tac Mahal, Böyük Moğollar İmperiyasının hökmdarı, Əmir Teymurun nəslindən olan 1643-cü ildə Babur İmperatoru olan Cahan Şahın, 14-cü uşağını doğarkən 38 yaşında ölən həyat yoldaşı Mümtaz Mahal Banu Bəyim üçün tikdirdiyi abidə-məzardır. Abidə ötən il Hindistandakı iqtidar partiyası üzvlərinin sərt açıqlamalarının qaynar mövzusu olmuşdu. Hakimiyyətdəki millətçi Bharatiya Janata Partiyasının millət vəkillərindən Sangeet Somğa, Tac Mahalı "Hind mədəniyyətindəki qara bir ləkə" kimi qiymətləndirmiş və "Tac Mahalı inşa etdirən adam atasını həbsə atdırdı, hinduları qətlə yetirmək istədi" demişdi.

OXŞAR XƏBƏRLƏR