Əsrlər əvvəl nəhəng qaya parçaları üzərində inanılmaz bir formada inşa edilən Meteora Monastırları, Yunanıstanın Teselya bölgəsindəki Kalabaka yaxınlığında yerləşir.
Yerdən 300- 500 metr hündürlükdə olan qayalar haqqında olan əfsanə də çox maraqlıdır.

Meteora sözünün mənası "havadan asılmış" deməkdir. Tarixi orta əsrlər Yunanıstanına qədər uzanan bu maraqlı qayalar, düz bir vadidə dikinə ucalır. Geoloqlar hesab edir ki, qaya parçaları 60 milyon il əvvəl yaranıb. Bu əsrarəngiz monastrdakı rahiblərin məqsədi insanlardan uzaqlaşaraq allaha yaxın olmaq olub. Eyni zamanda monastrlar bir növ bunker əhəmiyyəti də daşıyıəb, mümkün hücumlara qarşı sığınacaq olub. Bura il gələnlər isə XXI əsrdə rahiblər olub.

Yunanıstanın digər yerlərindən gələn rahiblər burada birlikdə cəmi 20 monastır yaradıb. Hazırda bölgədə 6 fəaliyyətdə olan və bərpa edilmiş kişi və qadın monastırı yerləşir. Regionda, xüsusilə monastrın inşa edildiyi ilk vaxtlarda alpinizm burada yaşayanlar üçün vacib idi, çünki monsatrın olduğu yüksəkliyə çatmağın başqa bir yolu yox idi.
