Ümumdünya Səhiyyə Təşkilatı Finlandiyanı ən təmiz havası olan ölkə hesab edir.
Orada havadakı tozun miqdarı bir kub metrə 6 mikroqramdır. Daha sonra isə reytinqdə Estoniya, İsveç, Kanada, Norveç və İslandiya gəlir.
Ən pis hava isə Asiya və Afrika ölkələrindədir. Burada hər 10 nəfərdən 9-u çirkli hava ilə tənəffüs edir. Uqanda, Monqolustan, Qətər, Kamerun ən çox çirkli havası olan ölkələrdir.