Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb
Xəbərlər 3 May 2018 16:57 520
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb

Ötən ay Gürcüstana 596 703 əcnəbi ziyarətçi səfər edib. 

Səyyah.az turizm portalının Apa-nın yerli bürosu Gürcüstanın Milli Turizm Administrasiyanın məlumatına istinadla xəbər verir ki, bu, ötən ilin aprel ayı ilə müqayisədə 85 960 nəfər və ya 16,8% çoxdur. Gürcüstanda 24 saat və ya ondan çox müddətdə olmuş turistlərin sayı isə 278 032 nəfər (+24,9%) təşkil edib. Aprel ayında Azərbaycandan qonşu ölkəyə səfər edənlərin sayında 10,4% artım qeydə alınıb. Gürcüstana Azərbaycandan sonra ən çox səfər Rusiya, Türkiyə, Ermənistan və İrandan edilib. Yanvar-aprel aylarında isə Gürcüstana 2 060 264 nəfər (+15,9%) əcnəbi ziyarətçi, 937 370 nəfər turist (+27,2%) səfər edib.

OXŞAR XƏBƏRLƏR