Mayda dənizə girmək istəyənlərin menyusuna 

Mayda dənizə girmək istəyənlərin menyusuna 
Xəbərlər 4 May 2018 11:08 741
Mayda dənizə girmək istəyənlərin menyusuna 

 May ayında ölkəmizdə dəniz mövümünə hələ start verilmir, dəniz suyu hələ normaya uyğun isinmir. Qapalı hovuzlarda üzməklə həvəsini "öldürənlər" bir çox hallarda buna qane olmur, qumsalı, günəşi olan çimərlik arzulayırlar. Uzağa getməyə ehtiyac yoxdur, elə qardaş ölkədə may ayında kifayət qədər isti suyu, ilıq qumsalı olan çimərliklər var. Üstəlik bu mövsümdə mehmanxana və təyyarə bileti qiymətləri də münasib qiymətə olur.

1. Datça

Strabon deyirdi ki, Tanrı sevdiyi qullarını Datçaya göndərir. Türkiyənin bu bölgəsi "yer üzündəki cənnət" də adlandırılır.  May ayı Datçanın ən gözəl vaxtlarından biridir. Hava həm dənizə girəcək qədər isti, həm də uzun gəzintilərə çıxacaq qədər gözəldir. Datçada dənizdə çimməklə bərabər həm də Knidos Antik Şəhəri, Apollon Məbədini də gəzə bilərsiniz.
 
2. Alanya

Bir çoxları Alanya çimərliklərinə yayda getməyi seçir. Amma iyul və avqust ayları Alanyada həddindən artıq isti keçir. Bu yerlərin ən gözəl vaxtları may, ya da sentyabr və oktyabr aylarıdır. Alanyada gəmi turuna çıxa, Dimçayda balıq yeyə, Damlataş Mağarasını, Arxeologiya Muzeyini və Aralıq dənizinin əzəmətli qalası Alanya Qalasını gəzə bilərsiniz. 

3. Qaş
  
Həm dənizə girmək həm də dalğıclıq etmək istəyirsinizsə Qaş çox doğru bir seçim ola bilər. Sualtına enməyi bacarmırsınızsa burada sizi öyrədəcəklər.   Qaş kiçik bir istirahət zonasıdır, amma sakit və rahat istirahət istəyirsinizsə, ən yaxşı variantdır. 
 
 4. Arsuz

Aralıq dənizinin gözəl qoy biri olaguşələrindən olan Arsuz, təmiz dənizi və narın qumu ilə məşhurdur. Hatay vilayətinin bu şirin tətil mahalında həm dənizə girə, həm də tarixi və görməli yerləri ilə tanış ola bilərsiniz. Hatay mətbəxinin bənzərsiz ləzzətlərini yemədən, Arsuz Qalasını və Məryəm Ananın da yuyunduğu rəvayət edilən Məryəm Ana Hovuzunu görmədən dönməyin.
 
 5. Fethiye

May ayı yam-yaşıl təbiəti və füsünkar dənizi ilə ecazkar olan Fethiyedə dincəlmək üçün ən yaxşı vaxtdır.  Ölü dəniz kimi dünya şöhrətli bir  çimərliyə malik Fethiyədə, Saklıkent, Kayaköy, Fethiye limanı kimi yerlər gəzin. Yüksəklik qorxusu olmayanlar Babadağdan tullanaraq yamac paraşütü ilə enə də bilərlər. 

OXŞAR XƏBƏRLƏR