London "selfi çubuqları"-na qarşı çıxır

Xəbərlər 20 Yanvar 2015 00:00 960
London "selfi çubuqları"-na qarşı çıxır

Britaniyanın paytaxtı son zamanlar dünya turistləri arasında xeyli populyarlaşan "selfi çubuqları" ilə mübarizəyə başlayıb.

"Seyyah.az"-ın Britaniya mətbuatına istinadən məlumatına görə, özünü çəkmək üçün istifadə olunan bu çubuqlar təhlükəsizlik məqsədilə Londonun bütün konsert meydançalarında qadağan edilib.

"Selfi çubuqları"-nın qadağan olunduğu məkanlardan biri olan "O2 Arena"-nın mətbuat xidmətindən bildiriblər ki: "Biz selfilərə qarşı deyilik, lakin xahiş edirik, ştativləri evinizdə qoyun".

"Uembli" stadionuna "selfi çubuqları" ilə girmək istəyənlər də qapı arxasında qala bilər. Bundan başqa, ştativlərlə Londonun "Arsenal" və "Tottenxem" futbol klublarının stadionlarına da giriş qadağandır.

 

OXŞAR XƏBƏRLƏR