Parisdə səhər qəlyanaltısını harda etməli? - 5 MƏŞHUR MƏKAN

Parisdə səhər qəlyanaltısını harda etməli? - 5 MƏŞHUR MƏKAN
Xəbərlər 4 May 2018 15:14 842
Parisdə səhər qəlyanaltısını harda etməli? - 5 MƏŞHUR MƏKAN

Paris -  sevginin, incəsənətin, ətrin, şirniyyatın və daha bir çox gözəlliyin paytaxtı... Bütün bu özəlliklərindən başqa Paris həm də ləziz səhər yeməkləri ilə məşhurdur. Əgər bu şəhərə səfər planlaşdırırsınızsa o zaman burada məşhur olan 5 səhər qəlyanaltı kafesinin yerini də öyrənin.

 Le Doma du Marais 
 
 
Parisin ən populyar bölgəsi olan Le Marais-də olan bu məkanın adı Marais qübbəsidir. 1777-ci ildə inşa edilmiş bu binanın bir günbəzi var. Qübbənin altında ləziz bir səhər yeməyi şəhərin gözəlliyini daha yaxşı hiss etməyinizə səbəb olacaq.
 
 Le Doma Du Maraisin  antikvar mebel və aksessuarlarla dizayn edilmiş  kiçik bir qış bağı da var. Kafenin bazar qəlyanaltısında o qədər çox çeşid olur ki, seçməkdə çətinlik cəkəcəksiniz. 


Benedict Paris
 
 Parisin o zamanlar ən populyar məkanlarından biri Benedict Paris həftə sonları o qədər qələbəlik və izdihamlı olur ki, oturmağa yer ytapmaq müşkül məsələ olur. Bu izdihamın səbəbi də menyudakı avokadolu-pendirli-göbələkli-yumurtalıMəhz bu yeməkdən ötrü kafenin müştərisi aşıb-daşır.  
 
Le Pain Quotidien
 
 Le Pain Quotidienin adı yyaradıcısı  Alen Coumontun bir uşaqlıq xatirəsinə söykənir. Atası aldığı çörəkləri heç vaxt bəyənmirmiş, üstəlik çörəyə baxıb "Bu gündəlik yeyiləsi çörək deyil" - deyirmiş. 
 Alen Coumont atasının bu sözlərini gələcəkdə açdığı kafenin adına yaraşdırıb.  "Gündəlik Çörək"b mənasını verən  Le Pain Quotidien-də hər gün yeni və özəl reseptlə çörək bişirilir.  Xüsusilə acı şokaladı, habelə ağ, südlü, fındıqlı kimi növləri olan şokaladları çərək üzərində yemək üçün bura mütləq baş çəkin.  
 
 Angelina
 
Parisin ən tanınmış məkanlarından biri olan Angelinada özünüzü fərqli ləzzətlərlə bir qədər ərköyünləşdirə bilərsiniz.  Şirniyyatları çox məşhur olan bu məkanın iki özəl resepti var: şabalıd əzməsi ilə hazırlanan  Mont Blanc şirniyyatı və isti şokoladı. 1903-ci ildə açılan Angelinanın adı sahibi Antuan Rumpelmayerin gəlininin adını daşıyır. Ancelina vaxtilə çox populyar olub,  fransız aristokratiyasının görüş yeri kimi tanınıb, hətta Coco Chanel və Proust daimi ziyarətçiləri olub

OXŞAR XƏBƏRLƏR