Azərbaycanlı turistlərin ən çox səfər etdiyi ölkələrdən biri də İran İslam Republikasıdır , bu da əbəs yerə deyil.
Belə ki, ölkədə 30 milyondan çox azərbaycanlının yaşaması həmçinin eyni dildə danışması bu iki ölkə əhalisini doğmalaşdırır. Bundan başqa azərbaycanlı turistlər İrana müalicə üçün də səfər edirlər. Bütün bunları nəzərə alaraq fins.az İranın paytaxtı Tehrana səfər qiymətlərini öyrənib. Bu dəfə ənənədən kənara çıxaraq Tehrana turizm şirkətlərinin təşkil etdiyi tur paketlərin qiyməti yox, əvəzində avtobus və təyyarə biletlərinin qiymətlərini təqdim edirik. Avtovağzaldan Tehrana biletin qiyməti bir nəfər üçün 40 manat təşkil edir. Tehrana avtobuslar cümə, şənbə və bazar günləri saat 09:20 –də yola düşür. Bakıdan İrana qatar getmir bu səbəbdən yerüstü nəqliyyatda çox vaxt sərf etmək istəmirsizsə o zaman “ButaAirways”dən 59 manata, “AZAL” – dan isə 155 manata bilet almaqla səfərə çıxa bilərsiz. Xatırladaq ki, təyyarə biletlərinin qiymətləri tarixlərə görə dəyişir.