Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində iyulun 26- 27-28-29-da keçirilən ЖАРА '18 (İsti günlər) Beynəlxalq Musiqi Festivalı paytaxtımızın sakinlərinə və şəhərimizin qonaqlarına xoş anlar yaşadacaq.
Festivalda 4 gün ərzində artistlər, musiqi, parlaq çıxışlar, non-stop rəqslər, Rusiyanın ulduzları və xaricdən xüsusi qonaqlar iştirak edəcəklər. Belə ki, bu festivala biletlərin qiyməti 50 - 500 manat arası dəyişir. Biletləri şəhərin bütün kassalarından əldə edə bilərsiz.